72 ölkənin partiya təmsilçiləri Bakıda toplazdı

img

05-04-2013 [10:56]


;n Bakıda Asiya siyasi partiyaları beynəlxalq konfransının qadınlar qolunun birinci iclası keçirilir. Tədbirlə bağlı danışan Milli Məclisin sədr müavini, YAP rəsmisi Bahar Muradova tədbirin önəmi haqda məlumat verib. Onun sözlərinə görə bugünkü tədbirin Bakıda keçirilməsi və öz sıralarında sıralarında 72 ölkənin partiyasını birləşdirən bir qurumun Azərbaycanda ilk iclasının keçirilməsi Azərbaycan qadınının siyasətdə rolunun və tərkibinin göstəricisidir: ?Artıq İCAPP üçüncü tədbiridir ki, Azərbaycanda keçirir. Azərbaycan buraya üzv olmaqla təşkilatın işinə öz töhvələrini verməkdədir. Hələ qarşıda bizi İcapp Gənclər Festivalının keçirilməsi gözləyir. Biz bu tədbirə də ev sahibliyi edəcəyik. Azərbaycanın hansısa təşkilata üzv olması və onun maraqlarının bu tribunadan səslənməsi, bu təşkilatın gündəminə gəlməsi onu şərtləndirən əsas məsələdir. Asiya son illər çevik inkişaf ortaya qoymaqdadır. Bir sıra böhranlar, tənəzzül Asiyadan yan keçir, o cümlədən Azərbaycandan. Bu tədbirdə dünyanı narahat edən məsələlər öz əksini tapacaq?. YAP-ın icra katibi Əli Əhmədov isə çıxışında bildirib ki, Azərbaycan İCAPP qadınlar qolunun yaradılması haqqında təşəbbüs irəli sürmüşdü: ?YAP tərəfindən irəli sürülən təşəbbüs dəstəkləndi. Bu qurumun ilk iclası da Bakıda keçirilir. Bu, tarixi bir hadisədir. Qadınların cəmiyyətdə ictimai və siyasi rolunun daha da artırılmasına ehtiyac var?. Qeyd edək ki, tədbirdə 25 ölkədən 60-dan çox qadın nümayəndələri iştirak edir. "Qafaqazinfo"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA