Müsavat Rəsul Quliyevə ismarıc yolladı

img

05-04-2013 [10:13]


Əsas fəaliyyətləri Müsavat Partiyasına və onun başqanı İsa Qəmbərə qarşı açıqlamalar verməkdən ibarət siyasətçilər son günlər bir qədər də aktivləşiblər. Onlar indi də İsa Qəmbərin 2003-cü il prezident seçkilərində qazandığı yüksək seçici səsini şübhə altına almağa cəhdlər edilən açıqlamalar verməkdədirlər. Belə iddialar ortaya atırlar ki, İ.Qəmbərin yüksək səs toplamasının əhəmiyyətli hissəsi Rəsul Quliyevlə bağlı olub. Məsələn, ALP sədri Əvəz Temirxan publika.az saytına müsahibəsində deyib ki, İsa Qəmbərin 2003-cü ildə topladığı səslərin əhəmiyyətli hissəsi məhz Rəsul Quliyevə görə verilmiş səslər idi: ?2003-cü ildə rəsmi məlumatlara görə, Lalə Şövkət 30-dan çox partiyanın dəstəyini almış İsa Qəmbərdən sonra 3-cü yer tutub. Qeyri-rəsmi məlumatlara görə isə 2-ci yeri tutub. Yenə də 30-dan çox partiyanın səsini almış İsa Qəmbərdən səslərə görə çox da geri qalmayıb. İsa Qəmbərin 2003-cü ildə topladığı səslərin əhəmiyyətli hissəsi məhz Rəsul Quliyevə görə verilmiş səslər idi. Rəsul Quliyev namizədliyini verməmişdi və İsa Qəmbərə səs verməyə çağırdı. Burda pis heç nə görmürəm. Bu faktlar onu göstərir ki, müxalifət birliyə nail olmalıdır?. 2003-cü ildə İsa Qəmbərin seçki qərargahının rəhbəri olmuş Arif Hacılı deyilənlərə münasibət bildirib. ?Yeni Müsavat?a açıqlamasında A.Hacılı qeyd etdi ki, R.Quliyev Əvəz Temirxanın dediyi kimi böyük seçici dəstəyinə malikdirsə, seçkiyə onunla bir yerdə getsinlər: ?Onlara kim mane olur, Rəsul Quliyevin namizədliyini müdafiə etsinlər? Müxalifətin birliyinin olmamasından danışan o təşkilatlar əslində bir yerdədirlər. Yığışsınlar Rəsul Quliyevin namizədliyini versinlər və dedikləri kimidirsə, seçkilərdə qalib gəlsinlər. 2003-cü ildə Müsavat Partiyası ilə birlikdə olan partiyalara gəldikdə, o partiyaların da, o adamların da daha dözümlülərinin, daha dəyanətlilərinin böyük əksəriyyəti yenə də İsa Qəmbərin ətrafındadır. Bu dəfə daha da çox səs toplayaraq deyilən həmin fikirlərin cəfəngiyat olduğunu bir daha təsdiq edəcəklər?. A.Hacılı xatırlatdı ki, 2003-cü ildə Rəsul Quliyev seçkiyə 10 gün qalmış İsa Qəmbəri müdafiə edib. Əslində onların bu dəstəyi cəmiyyətə verilən ciddi mesajlardan biri idi: ?O fikirləri səsləndirənlərə deyirəm ki, bizim 2013-cü il prezident seçkilərində Rəsul Quliyevi öz seçki komandamıza daxil etmək niyyətimiz yoxdur. Konkret olaraq Əvəz Temirxanın təmsil etdiyi partiya Rəsul Quliyevin indiki partiyası ilə hazırda koalisiyadadır. Elə birləşib gedib seçkilərdə qalib gəlsinlər. Biz onlara yalnız uğur arzulayarıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA