Əli Həsənov: "Prezident seçkiləri ərəfəsində müxalifət partiyaları ilə görüzlər olacaq"

img

04-04-2013 [09:01]


"Biz prezident seçkiləri ərəfəsində müxalifət partiyaları ilə, o cümlədən seçki institutları ilə, qeyri-hökumət təşkilatları ilə görüşlərimizi davam etdirəcəyik, onlarla seçki mövzusunu, seçki prosesinin təşkili və seçkilərin daha şəffaf, demokratik keçirilməsi ilə bağlı bütün tərəfləri narahat edən məsələləri müzakirə edəcəyik". Bu sözləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. PA rəsmisi onu da deyib ki, dialoqun məqsədi kiminsə öz iradəsini qarşı tərəfə qəbul etdirməsi və yaxud kimisə nəyəsə məcbur etmək olmamalıdır: "Qarşıdan ümumrespublika əhəmiyyətli olan prezident seçkiləri gəlir. Burada məqsəd ondan ibarətdir ki, bu ümumrespublika əhəmiyyətli tədbiri tam demokratik, şəffaf, əhəmiyyətli keçirək, bütün maraqlı tərəflər, seçkiyə qatılmaq istəyən partiyalar, qurumlar bu müzakirələrdə iştirak etsin və hər kəs də seçkinin nəticəsindən razı qalsın". "Prezident seçkilərinə xarici dövlətlərin müdaxilə etmək imkanı varmı" sualına cavabında isə Əli Həsənov bildirib ki, hər bir seçki prosesi tək bir ölkənin milli məsələsi deyil, eyni zamanda, o ölkənin beynəlxalq təşkilatlar qarşısında öhdəliyi, beynəlxalq aləmlə əlaqələrinin gələcəyi və digər məsələlərə təsir göstərir. Bu anlamda xarici dost, tərəfdaş dövlətlərlə yanaşı, rəqib dövlətlər də var - bu dövlətlərin hər biri Azərbaycanda keçirilən seçkilərə öz maraqları və Azərbaycanla münasibətlərin çərçivəsində yanaşırlar. Xarici dövlətlərin təsiri hər zaman istər-istəməz var. "Bilirsiniz ki, Azərbaycanla uzun müddət siyasi, iqtisadi, sosial münasibətləri olan, dostluq çərçivəsində fəaliyyət göstərən dövlətlər var və bu dövlətlərin də istər-istəməz seçkilərə təsiri var. Azərbaycanda seçkilərdə iştirak edən ayrı-ayrı elektorat xarici QHT-lərlə münasibətlərə malikdir. Onlar da müəyyən təsir göstərə bilər", - o, deyib. Həsənov qeyd edib ki, amma bütövlükdə hər bir ölkədə seçkinin taleyini həmin ölkənin xalqı, seçicisi təmin edir. "Biz də çalışırıq ki, bizim seçicilərin iradəsini, seçki prosesini xarici dairələrin, dövlətlərin asılılığından maksimum xilas edək, vətəndaşlar seçim edərkən, seçkiyə gələrkən yalnız öz iradələrindən çıxış etsinlər", - PA rəsmisi bildirib(trend). Qeyd edək ki, Azərbaycanda prezident seçkilərinin bu ilin oktyabrında keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA