Əli Əliyev də prezidentliyə namizəd olacaq

img

04-04-2013 [05:02]


Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, iclasda VİP-in aprelin 7-nə çağırılmış Məclisinin təşkilinə hazırlıq, partiyanın qarşıdan gələn prezident seçkilərində iştirakı və cari məsələlər müzakirə olunub. Gündəlikdəki birinci məsələ ilə bağlı məlumat verən VİP sədrinin təşkilati işlər üzrə müavini Ramil Hüseynov partiyanın rayon təşkilatları rəhbərlərinin və Məclis üzvlərinin bu barədə məlumatlandırıldıqlarını, tədbirin keçirilməsi üçün problem olmadığını diqqətə çatdırıb. Gərgin müzakirələrə səbəb olan ikinci məsələyə dair mövqelərini ifadə edən Siyasi Şura üzvlərinin əksəriyyəti VİP-in bu il keçiriləcək prezident seçkilərində öz namizədi ilə iştirakının zəruriliyini bildiriblər. Bu mövqenin ifadəçiləri VİP-in prezident seçkilərinə öz namizədi ilə qatılmasının vacibliyini müxalifətin vahid namizədinin müəyyənləşdirilməsi məsələsində razılığıa gəlinməməsi ilə arqumentləşdiriblər. Müzakirələrdən sonra Siyasi Şura üzvləri VİP-in prezident seçkilərində öz namizədi ilə iştirakının məqbul olması haqqında qərar qəbul ediblər. İclasda səslənmiş təkilflərə uyğun olaraq, prezident seçkilərində iştirak məsələlsinin vacibliyi səbəbindən, VİP Məclisinin aprelin 7-də keçiriləcək iclasında partiya fəallarının və tərəfdarlarının iştirakının təmin edilməsi qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA