Hafiz Hacıyev vəkillərini seçdi

img

04-04-2013 [03:41]


Bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında Partiyanın İdarə Heyətinin toplantısı keçirilib. Toplantıda öncə, ənənəvi olaraq dünyada və ölkədə baş verən hadisələr siyasi nöqteyi-nəzərdən analiz edilib,baş verən bütn hadisələrə fikir bildirilib. Sonra tədbirdə gündəlikdə duran əsas məsələ -seçkilərə hazırlıq məsələsi müzakirə edilib. Qeyd edək ki neçə vaxtdır 2013-cü il Prezident seçkisinə qatılacağını elan etmiş MMP artıq bu yöndə hazırlıqlarını aparmaqdadır.Bakı rayon təşkilatlarında müşavirələri başa çatdıran MMP,artıq regionlarda işə baçlayıb.Namizədliyi irəli sürüləcək partiya sədri Hafiz Haciyev isə imkan olduğu qədər regionlarda baş tutan tədbirlərə qatəlmağa cəhd edir. Bu gün isə MMP sədri Hafiz Hacıyev seçkidə vəkil kimi onu təmsil edə biləcək bir qrup partiya fəalı ilə görüşüb. Görüş zamanı partiya sədri seçkidə nəzərdə tutulan bütün variantları və bu variantlardan istifadə qaydalarını toplantı iştirakçılarına və xüsusən də vəkilliyi nəzərdə tutulan şəxslərə çatdırıb. Bu seçki ilində də gənclərin gücündən istifadə etməyi nəzərdə tutan partiya rəhbərliyi bu yöndə də müəyyən fikirlər səsləndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA