Qobustanda aksiya; icra bazçısı etirazçıları sakitləzdirməyə çalızır -Yenilənib

img

03-04-2013 [12:19]


Qobustan rayonunun Cəngi kəndində etiraz aksiyası keçirilir. Mia.az-ın məlumatına görə, bu barədə musavat.com məlumat yayıb. Kənd sakinlərinin sayta vetdiyi xəbərə görə, 150-dən çox kənd sakini torpaq islahatlarındakı qanunsuzluqlara etiraz əlaməti olaraq, Cənginin mərkəzinə toplaşıb. Etirazlar Qobustan rayon İcra Hakimiyyətini təşvişə salıb. Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Cəngiyə gedib. Hazırda kənd məktəbinin həyətində məmurlarla etirazçılar arasında danışıqlar aparılır. Məsələ ilə bağlı ?Qafqazinfo? Qobustan rayon icra başçısı Adil Məmmədovla əlaqə saxlamağa çalışıb. Başçının telefonunu açan şəxs özünü onun sürücüsü kimi təqdim edib. Sürücü bildirib ki, Adil Məmmədov hazırda Cəngidədir. O, sakinlərlə görüşür: ?İcra başçısı səhər tezdəndən Cənginin mərkəzində sakinlərlə çox səmimi şəkildə görüş keçirir. Aksiya ilə bağlı xəbəri sizdən eşidirik. Torpaq islahatı ilə bağlı iddialar isə absurddur. Çünki bu islahatlar 90-cı illərdə başa çatıb. Başçı hər gün kəndlərdə səyyar görüşlər keçirir. Ölkədə ən yaxşı vəziyyət Qobustandadır?. *** Qobustanda etiraz aksiyası keçirilməsi ilə bağlı İcra Hakimiyyəti tərəfindən rəsmi açıqlama verilib. Rayon icra başçısının müavini Anar Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, bu gün icra başçısı Adil Məmmədovun qəbul günüdür. Bu səbəbdən rayon sakinləri Cəngi kəndinə yığışıblar. Sakinlər öz problemlərini icra başçısına bildiriblər. Həqiqətən də, ora 100-dən çox insan yığılıb. Lakin heç bir aksiya, yaxud etiraz olmayıb.#351;l

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA