MMP Qərb bölgəsində müzavirə keçirib

img

01-04-2013 [05:27]


Bu gün Qərb bölgəsi üzrə Muasir Musavat Partiyasın zona müşavirəsi keçirilib.Toplantıda Gəncə, Qazax, Şəmkir, Aqstafa ,Göygöl,Gədəbəy rayon təşkilatlarının sədrləri və fəalları iştirak ediblər. Qeyd edək ki müşavirəyə MMP sədri Hafiz Haciyev və Qurultaya Hazırlıq Komitəsinin sədri də qatılıblar. Toplantıda ilk öncə, ənənəvi olaraq dünyada və ölkədə baş verən hadisələr siyasi nöqteyi-nəzərdən analiz edilib,baş verənlərə münasibət bildirilib.Əsas diqqət son vaxtlar müəyyən qüvvələrin ölkədə yaratmaq istədiyi gərginliyə yönəldilib. Bas verən hadisələrin məqsədini izah edən partiya sədri Hafiz Haciyev ,bunu törədən qüvvələrə qarşı ehtiyyatlı olmağı qeyd edib. O ,bu seçki ilində daha diqqətli olmağı toplantı iştirakçılarından bir daha xahiş edib. Müşavirədə Qərb zonasında seçki qərargahlarının yaradılması üçün başlanan işlərin sona çatdığı məruzə edilib. Artıq seçki marafonunun yaxınlaşdığını və işə başlamğın vaxtı olduğunu qeyd edən MMP sədri Hafiz Hacıyev bunun üçün bu günki toplantı iştirakçılarına və Rayon Təşkilat sədrlərinə xüsusi tapşırıqlar verib.. Müşavirədə bu dəfəki prezident seçkisinı də daha da uğurla başa vurmağın yollarını müzakirəyə çıxaran partiya sədri ,bunun üçün xüsusi plan hazırlamasını İH-dən xahiş etdiyini dedi. Müşavirədə Rayon Təşkilat sədrlərinə tapşırılıb ki, ölkədə gərginlik yaratmaq istəyən radikal qüvvələrin apardığı yanlış təbliğatın qarşısının alınması üçün rayonlarda da xüsusi təbliğat-təşviqat dəstələri yaradılsın.Və həmin dəstələr mərkəzdən idarə edilərək ,yaranmış hər hansı gərgin vəziyyətdə,hadisələrə təsir etmək gücündə olsun. Bununla da MMP-nin qərb bölgəsi üzrə toplantısı sona yetib

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA