DiN-dən ilahiyyatçının həbsi ilə bağlı məlumat

img

01-04-2013 [03:11]


Martın 31-də ilahiyyatçı Tale Bağırzadə həbs olunub. Onun narkotik maddə saxlamaqda ittiham olduğu bilirilir. Polis onu saxlanarkən üzərindən 1,26 qram heroin tapıldığı deyilir. İlahiyyatçı haqqında Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi açılıb. Bu haqda AzadlıqRadiosuna vəkil Anar Qasımlı deyib. Saxlanan zaman Tale Bağırzadənin yanında olan sürücüsünün (onun adının dəqiqiləşdirmək mümkün olmayıb ?Ş.B) haqqında isə 228.1 maddəsi ilə iş açılıb. O silah saxlamaqda ittiham olunur. Tale Bağırzadə və sürücüsünün Sabunçu rayon Polis İdarəsində saxlandığı bildirilir. Anar Qasımlı deyib ki, işlə bağlı ətraflı məlumat ala bilmək üçün hələlik müstəntiqlə görüşə bilməyib. Görüş aprelin 2-də baş tuta bilər. Daxili İşlər Nazirliyi həbs olunan ilahiyyatçı Taleh Bağırov və onun sürücü barəsində məlumat yayıb. MIA-nin DİN-in saytına istinadən məlumatına görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə ərazisindəki "ABU Petrol" yanacaq doldurma məntəqəsinin yaxınlığında Bakı şəhər sakini Anar Məlikovdan 1 ədəd "Makarov" markalı tapança, 4 ədəd patron və 1 ədəd bıçaq, həmyerlisi Taleh Bağırovdan isə 1,026 qram heroin götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA