El Hərəkatı ofisdən çıxarıldı: ?Ailəyə elə təzyiqlər edilib ki, çıxmalı olduq?

img

30-03-2013 [10:07]


Martın əvvəlində elan olunan ?EL? Hərəkatı bu gün yerləşdiyi ofisdən çıxarılıb. Bu barədə AzadlıqRadiosuna Hərəkatın lideri Eldar Namazov məlumat verib. Onun sözlərinə görə, ofis sahibinə hədsiz təzyiqlər edilib: - Neçə gündür ofisin sahibinə təzyiqlər davam edirdi. Bizim də həmin ailəni zərbə altında qoymağımız düzgün olmazdı, o səbəbdən də ofisdən çıxmalı olduq. O ailəyə elə təzyiqlər edilib ki, buna bir insan kimi dözmək mümkün olmazdı. [b]- Ailəyə təzyiqlər kim tərəfindən olunub?[/b] - Burda elə dövlət orqanı yoxdur ki, o məsələdə iştirak etməsin. [b]- Neçə vaxt idi o ofisə köçmüşdünüz?[/b] - 17 gün əvvəl. Hökumət bizim fəaliyyətimizə cəmi 17 gün dözdü. [b]- Siz hələ Milli Şura yaratmağa hazırlaşırsınız?[/b] - O da olacaq, inşallah... Dünən hesabladıq ki, bir gündə ?EL? Hərəkatı əleyhinə 17 məqalə dərc edilib. Görürlər bununla bir şey alınmır, indi hərəkata qarşı ailəyə təzyiq etməklə mübarizə aparırlar. Eldar Namazov bir çox məsələlərin baş verdiyini və hamısını da yaxınlarda keçirəcəkləri mətbuat konfransında açıqlayacaqlarını deyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA