institut rəhbərindən baz prokurora cavab: "Bu məsələ zəxsən mənimlə deyil"

img

29-03-2013 [08:09]


Milli Demokratiya İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevs baş prokuror Zakir Qaralovun İnstitutun ölkəmizdəki fəaliyyəti ilə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyinə məktub yazmasına münasibət bildirib. A.Qriqoryevs ?Qafqazinfo?ya açıqlamasında qeyd edib ki, bu məsələ birbaşa ona aid olmadığı üçün rəy vermək istəmir: ?Bu məsələ bütövlükdə şəxsən mənimlə deyil, Azərbaycan və MDİ (həmçinin ABŞ) ilə bağlı olduğu üçün biz rəsmi cavab hazırlayırıq?. Qeyd edək ki, Zakir Qaralovun Amerika səfiri Riçard Morninqstara göndərdiyi məktubda nümayəndəliyin rəhbəri Alekseys Qriqoryevsin Beynəlxalq Bankda açılmış hesabından 02.03.2010-cu il tarixdən 13.12.2012-ci il tarixə kimi olan dövr ərzində 1.007.990.44 ABŞ dolları məbləğində pul vəsaitinin istifadə olunma təyinatı barədə məlumatlar verilmədən məxaric olunduğunun müəyyən edildiyi qeyd olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA