Məsut Özil ?Qalatasaray?la oyundan danızdı

img

29-03-2013 [05:07]


?Real?ın türk əsilli alman futbolçusu Məsut Özil Çempionlar Liqasının 1/4 finalda rəqibləri olan ?Qalatasaray? haqqında danışıb. Türkiyə mətbuatının məlumatına görə, o, rəqibin hazırkı durumunun çox yüksək səviyyədə olduğunu deyib: ?Qalatasaray? keçmişdə böyük uğurlar əldə edib. Amma uzun illərdər, bu səviyyəyə gəlməyib. Hazırda heyətində hər kəsin tanıdığı futbolçular var. Bizə qarşı da çox böyük istəklə oynayacaqlar?. Alman futbolçu baş məşqçiləri Joze Mourinyonun Türkiyəyə gedib ?Qalatasaray?ın matçını izləməsini normal qəbul edib. O bildirib ki, portuqaliyalı mütəxəssis hər zaman rəqiblərə hörmət edir:? Bizə də görüşün heç də asan olmayacağını söyləyib. Buna görə də biz də bütün gücümüzlə oynayacağıq?. M.Özil hər iki komandanın növbəti mərhələyə çıxma ehtimallarının bərabər olduğunu da söyləyib: ? Öz meydanımızda yaxşı nəticə əldə etməyimiz çox vacibdir. Çünki cavab qarşılaşmasını çılğın tərəfdarlar qarşısında oynayacayıq?. Qeyd edək ki, ?Real? ? ?Qalatasaray? matçı aprelin 3-ü baş tutacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA