Millimizdən növbəti utancverici nəticə

img

23-03-2013 [01:28]


Dünya çempionatı-2014-ün seçmə mərhələsində mübarizə aparan Azərbaycan milli komandası bu gün qrupda beşinci oyununa, 2013-cü ildə isə ilk rəsmi matçına çıxıb. Qol.Az-ın məlumatına görə, millimizin budəfəki rəqibi qrup sonuncu olan Lüksemburq yığması olb. İki il öncə bu komandaların səfərdəki yoxlama oyununda millimiz 2:1 hesabı ilə qalib gəlmişdi. Azərbaycan millisi geridə qalan dörd rəsmi oyunda qələbə qazana bilməyib. Bu mənada, bu gün futbol ictimaiyyətinin böyük bir kəsimi millimizdən yalnız üç xal gözləyirdi. Oyun ərəfəsində Lüksemburq tərəfi Azərbaycanla görüşün onlar üçün xüsusi əhəmiyyət daşıdığını, əsasən bu görüşdə qalib gəlmək şanslarının olduğunu deyib. Millimizin məşqçiləri və futbolçuları isə Lüksemburqla bərabər səviyyədə olduqlarını deyərək qələbədən danışmağın hələ tez olduğunu söyləyiblər. Hər kəs bu oyunda millimizdən qələbə gözləsə də, komandamız yenə uğursuz çıxışı ilə ümidləri puç edib. İnamsız oyunu ilə yadda qalan millimiz qolsuz heç-heçə ilə səfərdən bir xalla dönür. Qeyd edək ki, bu gün F qrupunda daha bir görüş baş tutub. Turun mərkəzi oyunu Təl-Əvivdə DÇ-2014-ün final mərhələsinə düşmək uğrunda mübarizə aparan qrup ikincisi və üçüncüsü ? İsrail və Portuqaliya milliləri arasında olub. Bu oyunda qalib müəyyənləşməyib- 3:3. Şimali İrlandiya - Rusiya oyunu isə güclü qar yağdığı üçün təxirə düşüb. Qrupu lideri Rusiya isə bu turdə səfərdə Şimali İrlandiyanın qonağı olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA