AMiP sədrindən yeni təzəbbüs

img

29-03-2013 [03:26]


Azərbaycan müxalifət partiyasının sədri hesab edir ki, müxalifət düşərgəsi qarşıdan gələn prezident seçkilərinə yeni sima ilə getməlidir. ?Qafqazinfo?ya açıqlamasında AMİP sədri Yusif Bağırzadə bildirib ki, müxalifət düşərgəsi seçkiyə yeni, elə bir sima çıxarmalıdır ki, bu adam əvvəlki seçkilərdə namizəd kimi iştirak etməsin: ?Müxalifətin uduşu onda ola bilər ki, bu yeni sima öz ətrafına cəmiyyətin siyasi proseslərə qoşulmayan insanlarını cəlb edə bilsin. Yəni yeni sima olsa, daha cəlbedici ola bilər?. Yusif Bağırzadənin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən siyasi müxalifət partiyaları bu seçkidə bir mövqedən çıxış etsələr yaxşıdır, lakin bunun üçün vaxt çox azdır: ?AMİP seçkilərdə müxalifət düşərgəsinin birləşmiş modeli ilə iştirak etmək niyyətindədir, lakin buna nail olunmasa, əlbəttə ki, partiya seçkilərə öz namizədi ilə gedəcək?. Namizədin kimliyinə gəlincə isə Bağırzadə bu haqda danışmağın hələ tez olduğunu deyib. O qeyd edib ki, bu gün Azərbaycanda qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar siyasi proseslər artıq başqa fazaya daxil olub: ?Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar, bloklar artıq başqa müstəvidə hərəkətə başlayıblar. Ola bilsin ki, bu siyasi bloklar arasında təmərküzləşmə, birləşmə və yaxud ayrılma prosesi baş versin?. O, həmçinin vurğulayıb ki, bu gün müxalifət düşərgəsində vəziyyət qənaətbəxş deyil, yəni siyasi aktivlik müşahidə olunmur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA