Müsavatdan Rəsul Quliyevə sərt ittiham: "Naxçıvanlılar və qərbi azərbaycanlılar...?

img

29-03-2013 [01:00]


ACP lideri Rəsul Quliyevin müxalifətlə bağlı ittihamları davam edir. R.Quliyev bu dəfə Müsavat Partiyasına qarşı ittihamlar irəli sürüb. Belə ki, ACP lideri sosial şəbəkədə yayımladığı statusda Müsavat rəhbərliyinin 2005-ci ilin noyabrında onu Ukraynada həbsdən azad etdirməsi haqqında iddialarına cavab olaraq Müsavat Partiyasının bəlli şəxslərini ikiüzlülükdə və onun haqqında yalan danışmaqda qınayıb. ?Mənim ən çox zəhləm getdiyi şey insanların ikiüzlü olması və yalan danışmasıdır. Əgər kimsə utanıb qızarmadan məsələn, Ukraynaya məni xilas etmək üçün səfər etdiyini yazırsa, o adamdan uzaq gəzmək lazımdır, ondan hər şey gözləmək olar. Əgər kimsə ?Azərbaycan xalqı birdir, onu bölgələrə ayırmaq olmaz? deyirsə, əslində komandası ilə birlikdə Naxçıvan və Ermənistan kökləri olanlar arasında nifaq salıb nəsə qazanmaq istəyirsə, beləsinin gərək salamını da qəbul etməyəsən?-deyə ACP lideri yazır. Bizim xalqın bir çox çatışmayan cəhətinin olduğunu qeyd edən R.Quliyev yazır ki, Vəzirov hakimiyyətə gətiriləndə bir sıra Naxçıvanəsilli olanlar özlərinin ulu babalarının qarabağlı olduğunu sübuta yetirmək istəyirdi: ?İndi də ?Azərbaycanın bütün bəlaları naxçıvanlılardan gəlir? şüarını ortaya atanlar və onlara qoşulmuş təzəliklə ermənistanlı olmuşların məqsədi suyu bulandırmaqla təsadüfən balıq tutacaqlarına inanmalarıdır?. Müsavat başqanının müavini Arif Hacılı ACP liderinin ittihamlarına Publika.Az-a açıqlamasında cavab verib. A.Hacılı 2005-ci ildə Rəsul Quliyevin həbsdən azad olunmasında Müsavatın rolu haqqında danışmaq istəməsə də bildirib ki, Rəsul Quliyev son dövrlərdə Müsavat Partiyasına qarşı müxtəlif ittihamlar irəli sürməyi özünə peşə seçib. Müsavat funksioneri bildirib ki, görünür, Müsavat qarşı mövqelər sərgiləməklə o, kimlərisə öz ətrafına çəkməyə, onlara özünü vacib siyasi fiqur kimi qəbul etdirməyə cəhdlər edir. Naxçıvanlılar və qərbi azərbaycanlılar məsələsinə gəlincə, A.Hacılı bildirib ki, bu tamamilə böhtandır və heç bir əsası olmayan fikirlərdir: ?Müsavat partiyasına səs verən, dəstək verən insanlar arasında həmişə qərbi azərbaycanlılar və naxçıvanlılar mühüm rol oynayıblar. İndi də Müsavat Partiyasının ən nüfuzlu olduğu yerlərdən biri elə Naxçıvandır, o cümlədən, Azərbaycanın müxtəlif yerlərində yaşayan qərbi azərbaycanlılardır. Müsavat Partiyasının ümummilli, azərbaycançılıq siyasətini yeritdiyi üçün onlar bizə dəstək verirlər. Müxtəlif seçkilərdə Müsavat Partiyasının yüksək səs almasının səbəblərindən biri də budur. Konkret bu məsələyə gəlincə hesab edirəm ki, bu, Azərbaycan cəmiyyətini parçalamaq və qarşıdurma yaratmaq cəhdidir. Biz Azərbaycanı regionlara bölmürük və bütünlüklə inkişafın tərəfdarıyıq. Biz daim Azərbaycanda insanların bir arada olmasına çalışmışıq. Heç də təsadüfi deyil ki, Müsavat Partiyası Azərbaycan bütün ərazisində yerli strukturlara malikdir. Mən tam əminliklə deyirəm ki, əgər demokratik seçkilər keçirilsə, naxçıvanlıların və qərbi azərbaycanlıların da əksəriyyəti Müsavata səs verəcək?. A.Hacılı ACP liderinin dediklərinin böhtan xarakter daşımaqla yanaşı, təxribat xarakterli olduğunu da deyib. O hesab edir ki, bu cür ifadələr təkcə Müsavat Partiyasına yox, bütünlükdə Azərbaycan cəmiyyətinə qarşı yönəlmiş bir fikirdir. ?Azərbaycan xalqının əhəmiyyətli hissəsini qərbi azərbaycanlılar təşkil edirlər. Cəmiyyətin inkişafında, dövlətçiliyin möhkəmlənməsində, ərazi bütövlüyünün qorunmasında və demokratiya uğrunda aparılan mübarizədə istər naxçıvanlılar, istər qərbi azərbaycanlılar digər vətəndaşlarla birlikdə fəaliyyət göstərirlər. Zaman-zaman Rəsul Quliyev kimilər Azərbaycan cəmiyyətini üz-üzə qoyaraq, öz şəxsi maraqlarını həyata keçirməyə çalışırlar. İndi də Rəsul Quliyev böhtançı, şantajçı açıqlamalarla Müsavat Partiyasına və Azərbaycan cəmiyyətinə qarşı yönəlmiş fikirlər səsləndirir?-deyə Müsavat funksioneri bildirib. A.Hacılı qeyd edib ki, Rəsul Quliyevi ahıl yaşında belə mənasız işlərlə, ziyanlı işlərlə məşğul olmamağa çağırırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA