VIP rəhbərliyi kənd ağsaqqalları ilə görüzdü

img

27-03-2013 [12:07]


Vətəndaş və İnkişaf Partiyasının (VİP) qərargahında Bakının 17 kəndini təmsil edən nüfuzlu şəxlərin iştirakı ilə geniş görüş keçirilib. Partiyanın mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, tədbirdə VİP-in nəzdində Bakı Kəndlər İcmasının yaradılması məsələsi ətraflı müzakirə olunub. Görüşə qatılanlar Bakının və ətraf kəndlərin sosial-iqtisadi problemlərinin həlli, eyni zamanda, ölkənin ictimai-siyasi həyatında fəal iştirakın təmi edilməsi üçün əsaslı surətdə təşkilatlanmağın vacibliyini önə çəkiblər. ?Bərmək? İctimai Birliyinin sədri Adil Sadıqov istənilən məsələdə uğur əldə etməyin təşkilatlanma işinin səviyyəsindən asılı olduğunu vurğulayaraq, mövcud şəraitdə bu təşəbbüsün gerçək zərurətdən yarandığını söyləyib. Müzakirələrdə iştirak edən Maştağa ağsaqqalı, bütün ölkədə böyük nüfuz sahibi olan Hacı Zakir VİP-in nəzdində Bakı Kəndlər İcmasının yaradılması ideyasına dəstək verərək, belə bir mühüm təşəbbüsün həyata keçməsinin ümumi işə çox faydalı olacağını qeyd edib. Tədbirdə çıxış edən digər ağsaqqallar - H.Z.Tağıyev qəsəbəsindən Tahir Əsgərov, Maştağa qəsəbəsindən Manaf Manafov, Binəqədi kəndindən Güldar Məmmədov, Xırdalandan Xoşqədəm Cəbrayıloğlu, Buzovnadan Nazim Məmmədov, Maştağadan Tahir Poladzadə, Hövsandan Ağakərim Əzimov, Müşfiq Qobustanlı və başqa iştirakçılar Bakı kəndlərinin təşkilatlaması məsələsində həmrəylik nümayiş etdirərək, ideyanın tam şəkildə reallaşmasına dair öz mövqelərini ifadə ediblər. Natiqlər Bakının digər kəndlərinin də bu prosesə cəlb olunmaları məqsədi ilə müəyyən işlər görüldüyü haqda məlumat veriblər. Müzakirələrə yekun vuran VİP sədri Əli Əliyev Bakı kəndlərinin təşkilatlanması istiqamətində irəli sürülmüş təşəbbüsü alqışlayaraq, möcus şəraitdə bu ideyanın yaranma səbəblərini ətraflı təhlil edib. Ə.Əliyev VİP-in nəzdində Bakı Kəndlər İcmasının formalaşdırılması üçün lazım olan dəstəyin veriləcəyini iştirakçıların diqətinə çatdırıb və bu prosesin uğurla başa çatdırılacağına inandığını bildirib. Görüş səmimi polemika şəraitində yekunlaşıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA