Saxta pulla tutub, narkotiklə ittiham etdilər; Partiya bəyanat verdi

img

27-03-2013 [12:43]


Martın 25-də Sumqayıt polisi AXCP üzvü 22 yaşlı Daşqın Məlikovu saxlayıb. Bu haqda AzadlıqRadiosuna onu qardaşı Coşqun Məlikov məlumat verib. Onun dediyinə görə, qardaşının üstündən 100 manat saxta pul çıxıb: ?Həmin pulu 2008-ci ildə mənim toyuma yazdırmışdılar. O vaxtdan Daşqın həmin pulu saxlayırdı. Qardaşım etiraz aksiyalarında fəal idi. Onu izləyirdilər. Necə oldu, neçə il idi tutmurdular. Həm də bu saxta pul haqda o dövrdə polisə məlumat vermişdik. Surətini də çıxartmışdılar. Ancaq indi yadlarına düşdü?. Daşqın Məlikov hazırda Sumqayıt şəhər Polis İdarəsində saxlanılır. Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi Elnur Əsədov deyib ki, Daşqın Məlikova qarşı Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə cinayət işi açılıb. Daşqın Məlikovun atası Əlisəfa Məlikov AzadlıqRadiosuna deyib ki, oğlu heç vaxt narkotik maddədən istifadə etməyib: ?O, asma xəstəsidir, müalicə olunur. Belə şey ola bilməz?. Ailə üzvləri hesab edir ki, narkotik maddə məsələsi quramadır, Daşqın Məlikov etiraz aksiyalarında iştirak etdiyi üçün həbs olunub. Onu da qeyd edək ki, bu gün AXCP Daşqın Məlikovun həbsi ilə bağlı bəyanat verib. Partiyanın mətbuat xidmətindən yayılan bəyanatda bildirilir ki, AXCP bu həbsi siyasi sifariş, Azərbaycan iqtidarının son zamanlar gənclərə qarşı gücləndirdiyi repressiyanın tərkib hissəsi sayır: ?AXCP bəyan edir ki, Azərbaycan hakimiyyəti özünə qarşı getdikcə daha güclü şəkildə ifadə olunan xalq etirazlarından, bu etirazların önündə gənclərin getməsindən ciddi təşvişə düşüb və xalq etirazlarını durdurmaq üçün yeni repressiya dalğasına start verib. Hakimiyyət bu mərhələdə gəncləri xüsusi hədəf almaqla onları siyasi proseslərdə iştirakdan, müxalif mövqe sərgiləməkdən çəkindirmək istəyir. 10 mart ?Əsgər ölümlərinə son? aksiyası ərəfəsində ?NİDA? gənclər təşkilatı üzvlərinin qurama ?çevriliş? ittihamı ilə həbs edilməsi, eləcə də aksiya günü və ondan sonra gənclərə qarşı zorakılıq, təqib-təzyiq də bu məqsədə xidmət edir. AXCP bildirir ki, konkret halda Daşqın Məlikovun həbsi həm də bu partiya gənclərinin son vaxtlar təşkilatlanma işində, keçirilən kütləvi tədbirlərdə fərqlənməsi ilə bağlıdır. AXCP Gənclər Komitəsi sıralarını uğurla genişləndirir, partiyaya yeni, gənc üzvlər cəlb edir; təşkilati strukturlarını yenidən qurur; həm intellektual müstəvidə, sosial şəbəkələrdəki müzakirələrdə, həm də meydan mübarizələrində mütəşəkkilliyi ilə fərqlənir. Bütün bunlar isə Azərbaycanda inkişaf və dəyişikliklərin önünü kəsən ölkə iqtidarını narahat edir. AXCP bəyan edir ki, hakimiyyətin avtoritar rejimlərə xas belə metodlarla mütərəqqi gəncliyin önünü kəsmək cəhdləri əbəsdir. Tarixin inkişaf qanunlarına qarşı çıxmağın heç bir perspektivi ola bilməz. Azərbaycanın fəal, demokratik gəncliyi mübarizəsinin məqsədini yaxşı bilir və onun çətinliklərini dərk edir. Bu gəncliyi repressiya ilə qorxudub yolundan döndərmək mümkün olmayacaq?. Bəyanatda bildirilir ki, AXCP hakimiyyəti növbəti dəfə tutduğu yanlış yoldan imtina etməyə, xalqın, eləcə də onun avanqard hissəsi olan gəncliyin dəyişiklik çağırışlarına cavab verməyə səsləyir: ?AXCP hakimiyyətdən tələb edir ki, ölkənin gələcəyi olan fəal gənclərdən əl çəksin, onlara qarşı repressiyanı dayandırsın, həbs edilən gənclərin hər birini dərhal azadlığa buraxsın. AXCP eyni zamanda ölkə ictimaiyyətinə səslənərək repressiyaya məruz qalan gəncliyi daha fəal müdafiə etməyə, hakimiyyətdən bu qəddar siyasətinə görə hesab sormağa çağırır?.#305; b

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA