?El? hərəkatının üzvləri bölgələrə gediblər

img

23-03-2013 [07:47]


Martın əvvəllərində təsis olunan ?El? hərəkatının idarə heyətinin üzvləri Novruz bayramı günlərində ölkənin bölgələrinə səfər ediblər. Bu barədə qurumun təşəbbüs qrupunun sədri Eldar Namazov ?Yeni Müsavat?a açıqlamasında bildirib. Onun sözlərinə görə, Köçəri Nağıbəyli, Zəfər Quliyev, İlham Hüseynli və digər ?El?-çilər ölkəboyu görüşlər keçiriblər. Özünün Qazax-Ağstafa bölgəsində olduğunu, yerli təşkilatların təmsilçiləri, sadə camaatla görüşlər keçirdiyini deyən E.Namazov qurum üzvlərinin görüşlərinə bəzi hallarda problemlərin yaradıldığını da vurğulayıb. Onun dediyinə görə, səfərinə əngəl yaradılmaması üçün çox maraqlı bir gediş edib və bu səbəbdən mənzil başına problemsiz yetişib: ?Mən artıq bölgəyə səfəri planlaşdıranda qərara gəldim ki, rayona qatarla yola düşüm. Təbii ki, qatarın qarşısını yük maşınlarıyla kəsmək müşkül məsələdir. Ona görə də biz heç bir maneçilik olmadan bölgəyə səfər etdik. Ancaq görüşlər zamanı ?xüsusi diqqəti? hər zaman hiss edirdik?. Artıq Bakıya qayıdan E.Namazov qeyd edib ki, qurumun digər üzvləri hələ də bölgələrdədir və görüşləri uğurla davam etdirirlər. E.Namazovun sözlərinə görə, bayram günlərində kinorejissor Rüstəm İbrahimbəyovla da bayramlaşıb və onunla son durumu müzakirə edib. Hazırda Moskvada olan kinorejissor deyib ki, zərurət olarsa, istənilən an işlərini yarımçıq qoyub Bakıya dönə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA