ATƏT-in Bakı ofisinin fəaliyyəti məhdudlazdırılır; XiN üzv dövlətlərə məktub yazdı

img

23-03-2013 [06:02]


Azərbaycan tərəfi ATƏT-in Bakı Ofisinin statusunun layihə-koordinator statusunadək endirilməsini istəyir. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev bildirib. Onun sözlərinə görə, buna səbəb ATƏT-in Bakı Ofisi ilə bağlı Azərbaycan tərəfinin suallarının olmasıdır: ?Bizim mövqeyimiz konkret və aydındır. ATƏT-in Bakı Ofisinin ümumi fəaliyyəti ilə bağlı suallarımız var və təşkilatın üzvü kimi, ATƏT-in Bakı Ofisinin statusunun dəyişdirilməsi üçün müraciət etmək hüququna malikik. Təşkilata bununla bağlı məktub göndərilib. Prosedurlara əsasən, məktub bütün üzv-dövlətlər arasında yayılır. Amma bu, heç də o demək deyil ki, Azərbaycan ATƏT-lə əlaqələri dayandırmaq və ya dondurmaq niyyətindədir. Belə bir təcrübə Gürcüstanda da olub. Burda qeyri-adi heç nə yoxdur, hər şey ATƏT-in prinsip və normaları çərçivəsində edilir?. E. Abdullayev Azərbaycan tərəfinin ATƏT-in Bakı Ofisi ilə bağlı suallarının nədən ibarət olduğunu konkret açıqlamasa da, bu məsələnin ATƏT-in baş katibi Lamberto Zannyerin Azərbaycana səfər zamanı da müzakirə olunduğunu qeyd edib. XİN sözçüsü əlavə edib ki, ATƏT Azərbaycanın müraciətinə hələlik cavab verməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA