Herkel azərbaycanlı deputatı təkzib etdi

img

23-03-2013 [02:41]


-nın Monitorinq Komitəsinin sədri, estoniyalı deputat Andres Herkel assambleyada Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun dediklərinə reaksiya verib. O, azərbaycanlı deputatın martın 20-de Parisdə Ermənistanda prezident seçkilərinin qeyri-demokratikliyindən bəhs edən çıxışını yekunlaşdırmasına imkan verməməsi barədə bəyanatını təkzib edib. Xatırladaq ki, E.Süleymanov Herkelə etiraz əlaməti olaraq zalı tərk etdiyini demişdi. A.Herkel Turan agentliyinə bildirib ki, o, Süleymanovun çıxışını nitqinin məzmununa görə deyil, reqlamentə riayət etmək zərurəti ilə əlaqədar kəsib. "Görüşün və tərcüməçilərin işinin sonuna 12 dəqiqə qalırdı. Siyahıda birinci olan Süleymanov da daxil olmaqla, dörd natiq qalmışdı. O, 4 dəqiqə çıxış etdi və mən ondan 2 dəqiqədə nitqini yekunlaşdırmağı xahiş etdim, çünki Latviya, Ermənistan və Avstriyadan daha 3 natiq qalırdı. O, çıxışını yekunlaşdıra bilmədi və mən sədr olaraq onu dayandırmaq məcburiyyətində idi. O, 5 saatlıq görüş ərzində qısa çıxış etməyi xahiş etdiyim ilk həmkarımız deyildi", - deyə, Herkel bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA