Elmar Məmmədyarov ATƏT-lə bağlı sualdan yayınıb

img

19-03-2013 [07:11]


Bazar ertəsi Azərbaycan və Gürcüstan XİN rəhbərləri Elmar Məmmədyarovla Maya Pancikidzeninin görüşündə birgə enerji layihələri də daxil olmaqla, müxtəlif sahələrdə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı müzakirə olunub. Bundan əlavə, nazirlər bir-birinin ərazi bütövlüyünü qarşılıqlı dəstəklədiklərini bildiriblər. Danışıqlardan sonra nazirlər jurnalistlərin suallarını cavablandırıblar. Azərbaycan XİN rəhbəri Qəbələ RLS-in təhvil-qəbulunu şərh edərkən deyib ki, iş birgə komissiyanın planına əsasən aparılır. Komissiyaya Azərbaycan tərəfdən Xələf Xələfov rəhbərlik edir. Nazir ümidvar olduğunu bildirib ki, proses yaxın zamanlarda başa çatacaq. E.Məmmədyarov Azərbaycan hökumətinin ATƏT-in Bakı ofisinin mandatını məhdudlaşdırmaq təşəbbüsü barədə sualı şərh etməkdən yayınıb: ?Mən öz məktubumda münasibətimi bildirmişəm?(contact.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA