ALP bütün əmək adamalarının hüquqlarını həssaslıqla qorunmasını iqtidardan tələb edir

img

19-03-2013 [12:53]


?Boss-SHelf? neft şirkətinin 1000-ə yaxın işçisi neftçilərin tibbi sığortasının olmamasından, əmək haqqının azlığından, əmək şəraitinin elementar standartlara cavab verməməsindən, xarici rəhbərlik tərəfindən təhqir olunmalarından, məzuniyyət müddətinin azlığından narazılıq edərək, bu gün etiraz aksiyasına başlamışlar". Bu fikirlər ALP-nin bəyanatında yer alıb. Bəyanatda deyilir: "Onlar tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə Bakı-Ələt yolunu bağlayacaqlarını bildirmişlər. Azərbaycanda fəhlələrin elementar hüquqlarının pozulması, onlara az maaş verilməsi, xüsusən xarici mütəxəsislərə nisbətən qat-qat az maaş verilməsi, iş vaxtının normadan artıq, onların amasızcasına istismar və hər addımbaşı təhqir olunması, tibbi sığortasız işləmələri və xəsarət alaraq, əlil olarkən taleyin öhdəsinə buraxılması adi hala çevrilib. ALP bütün bu hüquq pozutlurını dözülməz hal kimi dəyərləndirir və ?Boss-Shelf? şirkətinin əməkdaşlarının tələblərini ədalətli sanır. ALP onların və bütün əmək adamalarının hüquqlarını həssaslıqla qorunmasını iqtidardan tələb edir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA