Bakıda neftçilər aksiya keçirir; Fəhlələr tələblərini dilə gətirdi - Yenilənib

img

18-03-2013 [12:33]


"Boss şelf" şirkətində çalışan fəhlələr bu gün səhər saatlarında tətilə başlayıblar. 1000 nəfərə yaxın neftçi işə çıxmaqdan imtina ediblər. Onların tələbi tibbi sığorta və əmək haqlarının artırılmasıdır. Mia.az xəbər verir ki, bu haqda Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı facebook səhifəsində məlumat verib. Onun məlumatına görə, hazırda şirkətin bütün sexlərində iş dayanıb. Neftçiləri şirkətin ərazisindən çıxıblar və etirazlarını yaxınlıqdakı yolu bağlamaqla ifadə etməyə hazırlaşırlar. Bu dəqiqələrdə hələ də aksiya davam edir. Şirkət işçiləri deyirlər ki, Boss-Şelf neft şirkətində çalışan yerli işçilərə 500 manat maaş verilir, amma eyni işi görən əcnəbilərə 20-30 min manat maaş verirlər: ?Tələbimiz əmək haqqının artırılması və tibbi sığorta müqaviləsinin bağlanılmasıdır". Qeyd edək ki, aksiyanı dağıtmaq üçün əraziyə polis qüvvələri cəlb edilsə də, hələki onlar gözləyirlər. ARDNŞ rəsmiləri isə hələ ki aksiya haqda heç nə demirlər. Şirkət rəsmiləri susaraq prosesi izləyirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA