Müsavat Partiyası tutulan NiDA-çılarla bağlı bəyanat verdi

img

15-03-2013 [03:51]


Müsavat Partiyası həbs olunan NİDA vətəndaş hərəkatının üzvləri ilə bağlı bəyanat verib. Partiyanın mətbuat xidmətindən Mia.az-a daxil olan məlumatda bildirilir ki. dünən Nida Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Rəşad Həsənov həbs edilib və onun haqqinda üç ayliq həbs qəti imkan tədbiri seçilib. Bundan əvvəl həmin hərəkatın uç nəfər üzvü ? Məhəmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzov həbs olunublar. Həmin gənclərə guya ölkədə qarışıqlıq salmaq, kütləvi aksiyalarda yandırıcı, partladıcı maddələrdən istifadə olunmasına hazırlıq görmələri, narkotik saxlamaq və digər absurd ittihamlar irəli sürülüb. Müsavat Partiyası bildirir ki, NİDA Vətəndaş Hərərkatı ölkədə demokratik dəyişikliklərin olması, azad vətəndaş cəmiyyətinin formalaşması, siyasi və sosial-iqtisadi sahədə köklü islahatların aparılması uğrunda mübarizə aparan bir təşkilatdır. Hərəkat yarandığı gündən indiyə kimi Azərbaycan konstitutsiyası və qanunları çərçivəsində mübarizə aparıb və getdikcə cəmiyyət arasında geniş nüfuz qazanmaqdadır. Hakimiyyət onu təşvişə salan məhz bu məqama görə, gəncləri susdurmaq ücün repressiv addımlara rəvac verib. Müsavat Partiyası Nida Vətəndaş Hərəkatının üzvlərinin həbs olunmasını, onların həbsi ətrafında aparılan şou xarakterli kampaniyanı qətiyyətlə pisləyir və həbs olunmuş nidaçıların dərhal azadlığa buraxılmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA