Siyavuz Novruzov: ?Parlament sədri olaraq, səni dəvət edəcəm, gələrsən qəbuluma?

img

14-03-2013 [11:06]


Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mənsur Həqiqətpurun ona ünvanlandığı məktubuna cavab verib. Modern.az-a açıqlamasında S.Novruzov iranlı deputata müraciət edərək, onunla növbəti Novruz bayramında Təbrizdə görüşəcəyini bildirib: ?Əziz qardaşım Həqiqətpur! Səni qarşıdan gələn axır çərşənbə və Novruz bayramı münasibətilə təbrik edirəm. Sənə can sağlığı və uğurlar arzulayıram. İran İslam Respublikasına sülh və əmin-amanlıq, Cənubi Azərbaycana müstəqillik və azadlıq arzulayıram. Əziz qardaşım! Mənlə görüşmək arzusundan bulunmusan. Mən səninlə qədim türk tayfalarının bir nümayəndəsi kimi növbəti Novruz bayramında ulu babalarımın- Şah İsmayıl Xətai, Şah Təhmasib, Şah Abbas, Nadir şah, Məhəmməd Şah Qacar, Şəhriyarın - qurduğu Azərbaycan dövlətinin paytaxtı olan Təbriz şəhərində görüşəcəyəm. Mən istəmirəm ki, səninlə Azərbaycanı iki hissəyə bölən Araz çayının kənarında görüşək. Mən istəyirəm dədə-baba yurdum olan Təbriz şəhərində görüşək. İnşallah Cənubi Azərbaycan müstəqil olandan sonra mən orda parlament sədri olaraq, səni dəvət edəcəm, gələrsən qəbuluma?, - deyə YAP rəsmini iranlı deputata layiqli cavab verib. S.Novruzov iranlı deputatın Azərbaycan dili ilə bağlı ona tutduğu irada belə cavab verib: ?Parlament sədri olanda Azərbaycan dilində çoxlu məktəblər açacam. Ordakı bütün Azərbaycanlıları öz ana dilimizdə öyrədəcəm. Həqiqətpuru da təmənnasız göndərəm o məktəblərə Azərbaycan dilində dərs öyrənsin?. Qeyd edək ki, İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mənsur Həqiqətpur növbəti dəfə Azərbaycanın millət vəkili Siyavuş Novruzova müraciət ünvanlayıb. O, YAP-çı deputatla görüşmək istədiyini və S.Novruzovu Araz sahilində gözləyəcəyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA