MMP: "Bir sıra beynəlxalq -diplomatik korpuslar maraqlarımıza zidd təbliğatla məzğuldurlar"

img

14-03-2013 [03:14]


Bu gün Muasir Musavat Partiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Topılantıda son günlər ölkədə və dünyada baş verən hadisələr müzakirəyə çıxarılıb.MMP idarə heyəti ölkədə sabitliyi pozmaq məqsədi ilə edilən bütün cəhdləri pisləyən bəyanat qəbul edib. Bəyanatda deyilir: ?Ölkədə illərdir bərqərar olmuş və müəyyən çətinliklərlə əldə edilmiş sabitliyimiz görünür bəzi qüvvələri qane etmir. Müxalif maraqlar yaranmış mövcud sakitlikden çox narahatdır. Son on ildə bəzi qüvvələrin ölkədə gərginlik yaratmaq və bundan maksimum dərəcədə istifadə etmək cəhdləri iflasa uğrasa da fikirlər və mövqelər radikallığınl daha da artıraraq bu dəfə AZADLIQ və HAQ-ƏDALƏT tələbi ilə öz siyasi oyunlarına davam etmək niyyətindədirlər.Bu dəfə maraqlar artıq ölkə xaricində birləşib. Həmin maraqlı tərıflər bütün cəhdlərlə ictimai-siyasi proseslərə təsir etmək üçün bütün imkanlardan istifadə etməyə çalışırlar. Ölkədə fəaliyyət göstərən bir sıra beynəlxalq -diplomatik korpuslarda da müəyyən neqativ, ölkə maraqlarına zidd təbliğatla məşğuldurlar.Çox paradoksal bir haldır ki, bütün bu qüvvələrə ölkə daxilində harınlamış məmurlar dəstək verir ki, bu da dövləti içindən çökməyə məhkum edəcək". MMP bəyan edir ki Azərbaycanda xaos yaratmaq istəyən bütün qüvvələr məqsədlərinə çatmaq üçün bəzi mərhələləri adlamalıdırlar ki,o da mümkün deyil. Muasir Musavat Partiyası Azərbaycanda sabitliyin qorunub saxlanması üçün maraqlı tərəfə dəstək verməyə həmişə hazır olduğunu və mübarizənin bütün formalarından istifadə edərək hadisələrə təsir edəcəyini bəyan edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA