Elzad Abdullayevin tutdurduğu Arzu Kazımovun oğlu izdən çıxarıldı -YENiLƏNiB

img

13-03-2013 [12:21]


Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin şikayəti üzrə həbs edilən iş adamı Arzu Kazımovun oğlu Zaur Kazımov polis orqanlarındakı vəzifəsindən azad edilib. Mia.az moderator.az saytına istinadən xəbər verir ki, Zaur Kazımov paytaxt rayonlarının birində bölmə rəisinin müavini vəzifəsində çalışıb. Zaur Kazımov bu barədə danışmaqdan imtina edib və telefonu qapadıb. Mia.az-ın məlumatına görə, Zaur Kazımov Binəqədi Polis İdarəsində işləyib. *** Arzu Kazımovun vəkili Ramiz Zeynalov müdafiə etdiyi şəxsin oğlu Zaur Kazımovun işdən çıxarılması ilə bağlı mediada yayılan xəbəri təkzifb edib. Zeynalov Vətəninfo.az-a bildirib ki, bu, Elşad Abdullayevin və onun adamları tərəfindən yayılmış təxribat xarakterli məlumatlardır: ?Bildirirəm ki, müdafiəm altında olan Arzu Kazımovun oğlu Zaur Kazımov hazırda öz xidməti vəzifəsini layincə yerinə yetirir və öz vəzifəsindədir. Bunlar Elşad Abdullayevin növbəti şantaj və təxribat əməllərinin biridir. Təəssüflər olsun ki, Azərbaycanda bəzi KİV-lər faktı dəqiqləşdirmədən belə qərəzli və şantaj xarakterli məlumatları tirajlamaqla, Elşad Abdullayevin dəyirmanına su tökürlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA