VIP 10 mart aksiyasında iztiraka görə həbs olunanların dərhal azadlığa buraxılmalarını tələb edir

img

11-03-2013 [04:42]


Bu gün Vətəndaş və İnkişaf Partiyası (VİP) Mərkəzi Aparatının genişləndirilmiş iclası keçirilıib. İclasda ölkədəki ümumi vəziyyət, partiyanın yenidən təşkilatlanması istiqamətində həyata keçirilən Fəaliyyət Proqramının icra vəziyyəti və cari məsələlər müzakirə olunub. Birinci məsələ ətrafında çıxış edən VİP sədri Əli Əliyev ölkədə yaranmış mövcud vəziyyəti ətraflı dəyərləndirib və partiyanın baş verənlərə münasibətini açıqlayıb. Bu məsələnin müzakirəsinə qatılan VİP sədrinin müavinləri və Mərkəzi Aparatın səlahiyyətli şəxsləri Azərbaycan hakimiyyətinin ölkədə köklü dəyişikliklərə zəmin yarada biləcək real siyasi-iqtisadi islahatlara başlamamasını tənqid ediblər. Ölkədə demokratiya və insan hüquqları sahəsndə müsbətə doğru hər hansı irəliləyin olmadığını vurğulayan natiqlər hakimiyyətin VİP-in 11 mart aksiyasına sanksiya verməməsini, eyni zamanda, Bakıda martın 10-da təşkil olunmuş ?Əsgər ölümünə son? aksiyasının iştirakçılarına qarşı görünməmiş qəddarlığa yol verməsini pisləyiblər. Müzakirəyə qatılanlar 10 mart aksiyasında iştiraka görə həbs olunanların dərhal azadlığa buraxılmalarını, eyni zamanda, bəzi iştirakçıların yüksək məbləğdə cərimələnmələri haqqında məhkəmə qərarlarının ləğvini tələb ediblər. Bundan başqa, ölkənin Silahlı Qüvvələrində mənəvi-psixoloji durumun normallaşdırılmasının və Nizamnamə tələblərinə tam riayət olunaraq neqativ halların aradan qaldırılmasının zəruriliyi qeyd edilib. İclasda Ordunun adı ətrafında yaranan gərginliyin hakimiyyətdaxili qruplaşmalar arasında gedən mübarizənin nəticəsi olmasına dair ciddi ehtimalların da əsaslı surətdə araşdırılmasının vacibliyi önə çəkilib. Daha sonra partiya daxilində yenidən təşkilatlanma istiqamətində həyata keçirilən fəaliyyətlə bağlı geniş məlumat verilib və bu çərçivədə görülmüş işlər qismən qənaətbəxş sayılıb. Təşkilatlanma işinin daha səmərəli aparılması məqsədi ilə əlavə təkliflər irəli sürülüb. VİP Mərkəzi Paratının iclasının gündəliyindəki cari məsələlərin müzakirəsindən sonra müvafiq qərarlar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA