ALP: "Əsgər ölümünə görə təqsirli zəxslər müəyyən edilib cəzalandırılsın""

img

10-03-2013 [09:14]


Azərbaycan Liberal Partiyası bu gün keçirilən aksiya ilə bağlı bəyanat verib. MİA-ya daxil olan bəyanatda bildirilir: "Minlərlə Azərbaycan gənci Azərbaycan Milli Ordusunda son zamanlar çoxalmış əskər ölümlərinə etiraz edərək, Bakı şəhərinin "Fəvvarələr Meydanı"da "Əskər ölümlərinə son" şüarı ilə kütləvi etiraz aksiyası keçirmişlər. Polis aksiya iştirakçılarına qarşı qeyri-adekvat güc tətbiq edərək aksiyanı dağıtmış, onlarla aksiyaçı saxıanılmışdır. ALP bu aksiyanı iqtidar tərəfindən Azərbaycan vətəndaşlarının Konstitusiya hüquqlarının kobudcasına tapdanması kimi dəyərləndirir vbə saxlanılmış şəxslərin dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edir". ALP iqtidarı hər bir əskər ölümünü obyektiv araşdırmağa, təqsirli şəxsləri müəyyən edib, cəzalandırmağa və əsgər həyatının qorunması üçün əlavə təsirli tədbirlər görməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA