Həbs olunan NiDA-çılar etiraf etdi

img

10-03-2013 [04:03]


Həbs olunan və MTN-də saxlanılan NİDA hərəkatının üzvlərini 9 martda ?Space? telekanalına çıxarılıblar. Həbs olunan NİDA-çı gənclər gənclər ? Şahin Novruzlu, Bəxtiyar Quliyev, Məhəmməd Əzizov açıqlamalar veriblər. Onlar hazırda həbsdə olmayan bir sıra tanınmış gənclərin də adlarını çəkiblər. Eyni zamanda, gənclər deyiblər ki, kənar təhriklərlə dövlət çevrilişinə hazırlaşırmışlar. Onlar bildiriblər ki, mübarizənin əski metodlarını köhnəlmiş hesab edirlər, bu səbəbdən də yeni metodlara əl atmaq istəyiblər. Bu səbəbdən də ?Molotov kokteyl?ləri hazırlamağı öyrəniblər və bunu da internetdə, facebook səhifələrində yayıblar. Həbs olunan 3 gənc ifadə verib ki, onlar tapılan narkotikləri aksiya iştirakçılarına verəcəkmişlər ki, ?ürəkli olsunlar?. NİDA-çılar Şahin Novruzlu, Bəxtiyar Quliyev, Məhəmməd Əzizov deyiblər ki, bütün bunlara NİDA hərəkatının idarə heyəti qərar verib. ?Space?dəki tele-ifadədə idarə heyətinin üzvlərinin adları çəkilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA