"Qalatasaray" məğlub oldu; Droqba penalti qaçırdı

img

09-03-2013 [01:51]


Türkiyə Superliqasında 25-ci tura start verilib. "Gənclərbirliyi"ni qəbul edən "Qalatasaray" 0:1 hesabı ilə məğlub olub. Vleminskin 60-cı dəqiqədə başla vurduğu qol oyunda yeganə olub. Oyunu böyük üstünlüklə keçirən "Qalatasaray" 84-cü dəqiqədə penalti zərbəsi vurmaq şansı əldə etsə də, Didye Droqba zərbəni dəqiq yerinə yetirə bilməyib. Qeyd edək ki, turnir cədvəlinə 47 xalla "Qalatasaray" başçılıq edir. "Beşiktaş" 42 xalla ikinci, "Fənərbaxç" isə 40 xalla üçüncü pillədə qərarlaşıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA