Şahin Diniyev: ?Foqtsa bundan artıq daha nə dəstək lazımdır?!?

img

19-03-2013 [04:48]


?Milli komandamızı iki müxtəlif oyun gözləyir. Lüksemburqla Azərbaycan millisi eyni səviyyəli komandadır. Nəzərə alsaq ki, rəqib dogma meydanda oynayır, şanslar bərabərdir. Portuqaliya ilə oyunda isə şanslarımız çox azdır. Ona görə ki, Portuqaliya olduqca səviyyəli dünya komandasıdır. Reallıqdan qaçmaq olmaz?. Bu sözləri Qol.Az saytına açıqlama verən sabiq baş məşqçi Şahin Diniyev, milli komandamızın DÇ-2014-ün seçmə mərhələsində Lüksemburq və Portuqaliya ilə qarşılaşacağı oyun haqda danışarkən deyib. O qeyd edib ki, Portuqaliyanı udmaqdan danışmaq reallıqdan uzaqdır: ?Həqiqət budur ki, bu gün Portuqaliya oyunçularına görə bizdən qat-qat üstün səviyyədədir. Əgər biz milli komandada dirçəliş, hansısa inkişaf görmək istəyiriksə, Lüksemburqla oyunda mütləq qələbə qazanmalıyıq. İndiki şəraitdə bizə ancaq üç xal lazımdır. Heç-heçə bizi qətiyyən qane etməməlidir?. Təcrübəli mütəxəssis mili komandamızın baş məşqçisi Berti Foqtsun Almaniya mətbuatına müsahibəsin ?Azərbaycan futbolunda inkişaf çox ləng gedir. Klubların baş məşqçilərinin dəstəyi olmadan istədiyimizə nail olmayacağıq? fikrinə də münasibət bildirərək Berti Foqtsla razı olmadığını vurğulayıb: ?Azərbaycan futbolunun zəif inkişaf etməsində hamının günahı var. Berti Foqtsdan tutmuş jurnalistlərə qədər. Mən deməzdim ki, klubların baş məşqçiləri milli komandaya dəstək vermir. Futbolçuları millinin oyunundan 18 gün qabaq Berti Foqtsun sərəncamına verirlərsə, bu artıq dəstəkdir. Bundan artıq nə etməlidilər?! Dünyanın heç bir yerində bu qədər uzu müddətli toplanış olmur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA