Hacı ibrahimin zəriki ilə bağlı məhkəmədə qalmaqal

img

08-03-2013 [09:34]


Bakı Ağır Cinayətlər Məhkəməsində ?Azər-Ross? MTK-nın baş ofisində törədilən dəhşətli qətl hadisəsində və dələduzluqda ittiham olunan Hümbət Məmmədov, Tofiq Bəkirov, Fərman Hacıyev, Ramil Hacıyev, Sahil Şamilov və Şamil Şamilovun cinayət işi üzrə məhkəmə dünən də davam etdirilib. Ittihama görə, ötən il iyulun 11-i saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən ?Azər-Ross? mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılan atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb. Istintaq araşdırmaları zamanı cinayət işi üzrə dələduzluq ittihamı da meydana çıxıb. Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesin əvvəlində mərhum Əflatun Piriyevin ailəsinin vəkili Aslan Ismayılovun vəsadəti müzakirəyə çıxarılıb. Hakim bildirib ki, bundan əvvəl keçirilən prosesdə Aslan Ismayılov cinayət işinin materiallarında Hümbət Məmmədov tərəfindən zorlandığı iddia olunan qızın cinayət işi üzrə verdiyi ifadəsi elan edilsin. Iş üzrə çıxış edən prokuror vəsadətin məhkəmənin səlahiyyətinə aid olduğunu bildirib. Bundan sonra yerində müşavirə keçirən hakimlər qərar elan ediblər. Qərardan bəlli olub ki, həmin iş üzrə cinayət işinin başlanmasına xitam verilib. Bu səbəbdən də hazırkı cinayət işi üzrə aparılan məhkəməyə həmin ifadənin adiyyatı olmadığı üçün vəsatət təmin edilməyib. Daha sonra prosesdə Hümbət Məmmədov üç hissədən ibarət vəsadətlə çıxış edib. Hümbət Məmmədov ilk vəsadətində dövlət tərəfindən təyin edilmiş vəkilin hüquqi müdafiəsindən imtina etdiyini bildirib. Təqsirləndirilən şəxsin digər vəsadəti cinayət işində olan zərərçəkmişlərin şirkətlə ev alqı-satqısı zamanı bağladıqları müqavilələrə baxışın keçirilməsi ilə bağlı olub. Hümbət Məmmədov deyib ki, bundan əvvəldə ?Azər-Ross? tərəfindən inşa olunan evlərdə həmin möhürlərin olması ilə bağlıdır. O, bildirib ki, həmin sənədlərə baxış keçirəndən sonra onun çoxsaylı vəsatətləri olacaq. Hümbət Məmmədovun sonuncu vəsadəti cinayət işinin materiallarında adı zorlama cinayətində hallanan qızın mətbuatda yayılan ifadələri ilə bağlı olub. O, iddia edib ki, həmin ifadə mətbuatda Aslan Ismayılov tərəfindən yayılıb. Onun sözlərinə görə, həmin ifadə yayılmaqla şərəf və ləyaqəti alçaldılıb. O, vəkilin barəsində tədbir görülməsinin məhkəmədən xahiş edib. Təqsirləndirilən şəxsin vəkili Ramiz Zeynalov deyib ki, mətbuatda həmin ifadə yayılandan sonra Hümbət Məmmədovun ailəsində səs-küyə səbəb olub. Vəkilin sözlərinə görə, həmin ifadə Hümbət Məmmədovun ailəsinin dağılmasına səbəb olacaqdı. Vəkil həmin ifadənin yayılması ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılmasının vacib olduğunu bildirib. Yerində müşavirə edən hakimlər daha sonra hər üç vəsadət üzrə qərar elan ediblər. Prosesə sədrlik edən hakim bildirdi ki, təqsirləndirilən şəxsin vəkildən imtina etməsi öz hüququdur. Digər tərəfdən təqsirləndirilən şəxsin cinayət işinin materiallarında olan sənədlərlə tanış olmaq, onlara baxış keçirmək hüququ var. Hakimin sözlərinə görə, təqsirləndirilən şəxsə qeyd olunan sənədlərə baxış keçirilməsinmə qanunla nəzərdə tutulmuş qaydada şərait yaradılacaq. Lakin təqsirləndirilən şəxsin vəkil tərəfindən şərəf və ləyaqətinin alçaldılması ilə bağlı qaldırdığı vəsadət təmin edilməyib. Hakim bunu həmin epizod üzrə məhkəmə istintaqının araşdırma aparmadığı ilə əsaslandırıb. Vəkil Ramiz Zeynalov bildirdi ki, Hümbət Məmmədovun barəsində belə ifadələr mətbuatda yayılmaqla şərəf və ləyaqətin alçaldılması ilə nəticələnir. Bu zaman mərhum Əflatun Piriyevin qardaşı Ərəstun Piriyev bildirdi ki, mətbuatda heç kimin şərəf və ləyaqəti alçaldılmayıb. Həbsdə olan iş adamını qatil adlandıran Ərəstun Piriyev qeyd edib ki, Hümbət Məmmədovun şərəf və ləyaqəti yoxdur. Zərərçəkmiş tərəfin səsləndirdiyi ittihamlara Hümbət Məmmədov da cavab verib. Bu zaman təqsirləndirilən şəxsin vəkili də mübahisəyə qarışıb. Prosesə sədrlik edən hakim tərəfləri sakitləşdirəndən sonra cinayət işinin materialları arasında olan sənədlərin araşdırılması mərhələsi başlanılıb. Ilk olaraq Hümbət Məmmədovun Nərimanov rayon Polis Idarəsinə gedərək, könüllü təslim olma haqqında ərizəsi açıqlanıb. Hakimin elan etdiyi sənədə qeyd edilib ki, Hümbət Məmmədov könüllü cinayəti etiraf edib və təhlükəsizliyinin təmin edilməsini Nərimanov rayon Polis Idarəsinin rəhbər şəxslərindən xahiş edib. Daha sonra cinayəti törədən şəxslərin daha sonra qaçması təhülkəsiz şəhər kamerasına düşmələri ilə bağlı video görüntülər nümayiş etdirilib. Bundan sonra məhkəmə iclasında danışan Vüsal Qurbanov bildirib ki, növbəti məhkəmə iclasında ifadə verəcək. Məhkəmə iclası martın 14-də davam etdiriləcək(azadliq).

Digər xəbərlər
SON XƏBƏRLƏR