Arda Turan "Qalatasaray" oyunçusuna "elçi düşüb"

img

24-06-2023 [17:06]


Arda Turanın sükanı arxasında olan "Eyüpspor" Caner Erkinin transferindən sonra "Qalatasaray"ın oyunçusuna "elçi düşüb".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu mövsüm superliqaya yüksəlməyi hədəfləyən “Eyüpspor”  “Qalatasaray”dan Emre Kılıncı heyətinə qatmaq istəyir.

Məlumata görə, ötənmövsüm "MKE Ankaragücü"də icarə əsasları ilə oynayan 28 yaşlı futbolçunu hazırda oynadığı komandada istəyir: "Emre Kılınç isə "Qalatasaray"a dönüb doğma klubunda oynamağa can atır. Ona görə də Arda Turanın istəyinə isti yanaşmayıb. Xüsusən ona görə ki, Ardanın komandası aşağı liqada çıxış edir. Bu isə bir çox futbolçuların təklifə "yox" deməsinə səbəb olur".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR