isa Qəmbər, Əli Kərimli və Eldar Namazov qapalı görüz keçirdi

img

07-03-2013 [09:50]


Martın 7-də saat 14.30 radələrində Müsavat Partiyasının qərargahında Müsavat başqanı İsa Qəmbərin, AXCP sədri Əli Kərimlinin və "EL" hərəkatının təmsilçisi Eldar Namazovun iştirakı ilə üçtərəfli qapalı toplantı keçirilib. Bu barədə minval.az saytına məlumat verən mənbə bildirib ki, görüşdə seçki ilində ölkədəki siyasi situasiya və ölkənin demokratik qüvvələrinin konsolidasiyası problemləri müzakirə olunub. Görüşdən sonra saytın əməkdaşı ilə söhbətində Müsavat başqanı deyib ki, görüş pozitiv şəraitdə keçirilib və bir sıra məsələlər müzakirə olunub. İsa Qəmbər müzakirə olunan məsələlərlə bağlı sonrakı suallara cavab verməkdən imtina edib. Musavat.com-a isə məlum olub ki, görüşdə həm də Rüstəm İbrahimbəyovun irəli sürdüyü Milli Şura ideyası müzakirə edilib. Tamamilə mümkündür ki, tərəflər növbəti həftə yenidən bir araya gəlsinlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA