Milli Məclisdə Ayaz Mütəllibovu təxribatçı adlandırdılar

img

05-03-2013 [01:14]


Milli Məclisin bugünkü iclasında millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovu təxribat yaratmaqda ittiham edib. Modern.az xəbər verir ki, deputat Q.Həsənquliyev Ayaz Mütəllibovun ölkə KİV-lərinə verdiyi müsahibəni şərh edərkən, bununla bağlı bir sıra məsələlərə toxunub. ?Hələ Milli Məclisdə eks-prezidentlər haqqında qanun müzakirə olunan zaman bildirmişəm ki, Ayaz Mütəllibov Rusiyadan Azərbaycana gəldikdən sonra təxribat fəaliyyəti göstərəcək. Mənim dediklərim düz çıxdı. Xocalı faciəsi ilə bağlı son günlərdə dediyi açıqlamalara diqqətlə baxın. Onun bütün bu dedikləri təxribatdır və müəyyən məqsədlərə qulluq edir. Ayaz Mütəllibovun haranın adamı olması artıq bir daha özünü göstərir?-deyə millət vəkili bildirib. Q.Həsənquliyevin sözlərinə görə Azərbaycan bu məsələyə diqqətlə yanaşmalıdır. "Son əməlləri göstərir ki, kifayət qədər provakatordur. O, hələ öz məqamını gözləyir ki, prezident seçildiyi dövrdəki əməllərinə görə cinayət məsuliyyətindən azad oluna bilər. Ona görə də hesab edirəm ki, bu əməllərinə görə onun barəsində ölçü götürülməlidir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA