Deputatdan Rafael və Cozquna sərt cavab gəldi: "Kiziliyin nə olduğunu..."

img

04-03-2013 [12:00]


?Kişilər qadın paltarı geyinib üzdəniraqlıqla məşğul olurlarsa və biz buna qarşı çıxırıqsa, bizə niyə irad bildirməlidirlər? Hər kəs özünün şəxsiyyətini qorumalıdır. Bilməlidirlər ki, Azərbaycanda bu şəkildə təbliğat aparmaq olmaz. Biz buna münasibət bildirmişik?. Mia.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında ?Bu şəhərdə? konsertində millət vəkilinin iradlarına təhqirlə cavab verən aktyorlara münasibət bildirən Fazil Mustafa söyləyib. Millət vəkili hesab edir ki, ləyaqətini qoruyan heç bir kişi özünü qadın paltarında təqdim etməyə meylli olmamalıdır: ?Məsələnin kökü budur. Ona görə də, kimsə bizə irad bildirmək yerinə, özünü islah etsə, daha yaxşı olar. Konkret hər hansı bir irad varsa, biz o irada cavab verməyə hazırıq. Kişiliyin nə olduğunu da onlara sübut eləyə bilərik?. Qeyd edək ki, Rafael İsgəndərovla Coşqun Rəhimovun üç gündür davam edən ?Ər işdə? adlı konsertlərində ünvanlarına səslənən ittihamlara replika veriblər: ?Deyirlər Rafaellə Coşqun arvad paltarı geyinir. Onlar üç saat arvad paltarı geyinib kişi kimi yaşayırlar, bütün ömrü boyu kişi paltarı geyinib matışkalıq eləmirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA