ViP Rusiya sıfirliyinin qarzısına etiraz aksiyası təyin etdi

img

01-03-2013 [05:37]


Vətəndaş və İnkişaf Partiyası (VİP) son dövrlərdə Rusiyanın Azərbaycana qarşı müəyyən yolverilməz davranışlarından, daxili işlərinə müdaxilə cəhdlərindən, bu ölkənin müxtəlif yüksək vəzifəli rəsmi şəxslərinin ölkəmiz əleyhinə təhdidedci çıxışlarından, eyni zamanda, Azərbaycanda etnik və digər zəmində qarşıdurma yaratmaq niyyətindən son dərəcə narahatdır. Bundan başqa, prezident Vladimir Putinin şəxsində Rusiya hakim çevrələrinin SSRİ-ni fərqli formada bərpa etmək təşəbbüslərini israrla davam etmələri və bu planın həyata keçirilməsi üçün Azərbaycana təzyiqləri gücləndirməsi mövcud narahatlığı daha da artırır. Qeyd olunanları nəzərə alan Vətəndaş və İnkişaf Partiyası (VİP) Azərbaycan Respublikasının Konstitusiyasını əsas götürərək, 11 mart 2013-cü il saat 12-00-dan 13-00-a qədər Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında ?Rusiya, Azərbaycandan əlini çək!?, ?Bu bayraq bir daha enməz!?, ?Müstəqillik ? HƏ, müstəmləkə - YOX?, ???????????? ???? = ????? şüarları ilə etiraz piketinin keçirilməsi haqqında qərar qəbul edib. Nəzərdə tutulan aksiyanın keçirilməsi ilə bağlı müvafiq xəbərdarlıq məktubu 01 mart 2013-cü il tarixində Bakı Şəhər İcra Hakimiyyətinə təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA