Tofiq Yaqublunun ev dustaqlığına buraxılması üçün müraciət olundu

img

01-03-2013 [03:07]


İsmayıllı hadisələrinə görə günahlandırılan Müsavat başqanının müavini, ?Yeni Müsavat? qəzetinin əməkdaşı Tofiq Yaqublunun həbsinin ev dustaqlığına dəyişdirilməsi üçün məhkəməyə müraciət olunub. Vəkil Akif Əlizadə martın 1-də ?Media forum? saytına deyib ki, Nəsimi Rayon Məhkəməsinə vəsatət veriblər: ?Tofiq Yaqublunun həbsdə saxlanmasına əsas və zərurət yoxdur. Onun daimi yaşayış yeri, qeydiyyatda olduğu mənzil var. Həbsdən əvvəl istintaqla könüllü əməkdaşlıq edib. Tofiq Yaqublunun qaçıb gizlənməsi, istintaqın gedişinə təsir göstərməsi ehtimalı və imkanları yoxdur. Ona görə də həbs qərarı ev dustaqlığı ilə əvəz olunmalıdır?. Tofiq Yaqublu Bakı İstintaq Təcridxanasında saxlanır. Fevralın 4-də Nəsimi Rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. O, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə fəal iştirak etmə və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmədə ittiham olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA