MMP-də seçki hazırlıqları davam edir

img

27-02-2013 [05:46]


Bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında Partiyanın İdarə Heyətinin toplantısı keçirilib. Toplantıda lk öncə ,ənənəvi olaraq dünyada və ölkədə baş verən hadisələr siyasi nöqteyi-nəzərdən analiz edilib,baş verən bütn hadisələrə fikir bildirilib.Əsas diqqət son vaxtlar ölkədaxili başverən hadisələrə yönəldilib.Bas verənlərin ürəkaçan olmadığını qeyd edən MMP sədri Hafiz Haciyev bu seçki ilində daha diqqətli olmağı toplantı iştirakçılarından bir daha xahiş edib. İdarə Heyəti rayonlarda seçki qərargahlarının yaradılması üçün artıq işə başlamğın vaxtı olduğunu qeyd edib və bunun üçün Rayon Təşkilat sədrlərinə xüsusi tapşırıqlar verib.Hazırlıqlara başlamaq üçün Tədbirlər Planında nəzərdə tutulan mümkün variantlara əməl etməyin və yerinə yetirməyin vacib olduğunu qeyd edən Partiya sədri ,toplantı iştirakçılarına müəyyən tövsiyələrdə bulunub. Toplantıda 2013-cü il seçkilərinə daha uğurlu qatılmağın yollarını da müzakirəyə çıxaran partiya sədri ,bunun üçün xüsusi plan hazırlamasını İH-dən xahiş edib. Ondan sonra Rayon Təşkilat sədrlərinə tapşırılıb ki, ölkədə gərginlik yaratmaq istəyən radikal qüvvələrin apardığı yanlış təbliğatın qarşısının alınması üçün xüsusi təbliğat-təşviqat dəstələri yaradılsın.Və həmin dəstələr mərkəzdən idarə edilərək ,yaranmış hər hansı gərgin vəziyyətdə,hadisələrə təsir etmək gücündə olsun. Bununla da tədbir sona çatıb .

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA