Elmar Vəliyevdən deputatlara qadağa; icra bazçısı Milli Məclis üzvlərinə sanksiya tətbiq edib

img

26-02-2013 [09:56]


Son vaxtlar adı qalmaqallarda hallandırılan Gəncənin icra başçısı Elmar Vəliyevlə bağlı ilginc məlumat almışıq. Gəncədəki mənbələrimizdən aldığımız xəbərə görə, E.Vəliyev şəhəri təmsil edən deputatlara öz ərazilərinə gəlməyi qadağan edib. Mənbəmizin sözlərinə görə, başçı bununla deputatların Gəncə əhalisi ilə görüşlərini məhdudlaşdırmaq istəyir. ?Yerli əhali mövcud problemlərlə əlaqədar deputatlara şikayətləndiyi, dərdini onlara danışdığı üçün E.Vəliyev Milli Məclis üzvlərinin Gəncəyə gələn yolunu bağlayıb. Fikir vermisinizsə, hətta Milli Məclisdəki büdcə məsələlərinin müzakirəsi zamanı, həmçinin plenar iclaslarda Gəncə haqqında heç nə danışılmır. Hansı ki, Gəncəni Milli Məclisdə 4 deputat təmsil edir? ?deyə, mənbə bildirib. Xatırladaq ki, parlamentdə Gəncədəki 4 dairə (Nizami birinci, Nizami ikinci, Kəpəz birinci, Kəpəz ikinci-M.) üzrə təmsil olunan deputatlar bunlardır: Musa Quliyev (Urud), Aydın Abbasov (Abbas Abbasovun oğlu), Asəf Hacıyev və Xanlar Fətiyev. Xəbəri gecə saatlarında aldığımız üçün deputatlarla dəqiqləşdirmə aparıb onların münasibətini öyrənə bilmədik. Ancaq mənbəmiz iddia edir ki, xəbər yüzdə-yüz dəqiqdir. ?Şübhə etmirik ki, deputatlar mövcud reallıqlarla əlaqədar məlumatı israrla təkzib edəcəklər. Ancaq fakt budur ki, son vaxtlar Gəncənin deputatlarını ?gördüm? deyən olmayıb. Bir çox rayonlarda icra hakimiyyətləri yerli əhali ilə deputatların iştirakı ilə toplantılar keçirir, əhalini dinləyir, ancaq biz bunu müşahidə etməmişik. İcra başçısı Gəncədəki problemlərin maksimum ört-basdır edilməsi üçün deputatları da bura həsrət qoyub ?, - deyə, xəbər müəllifi bildirir. Gəncədən aldığımız digər məlumata görə isə prezidentin müşavirədəki son çıxışında dediklərindən E.Vəliyev məxsusi ?dərs? götürüb. Belə məmurların vətəndaşları incitməsinə qarşı barışmaz olacağını deyən prezidentin iradəsinə zidd olaraq icra başçısı elə iclasdan bir neçə gün sonra Gəncə Dövlət Universitetinin prorektorlarını çağıraraq onlara işdən çıxmaları üçün ərizə yazmalarını tapşırıb. Bunun səbəbini soruşanlara isə başçı ?mən sizinlə işləmək istəmirəm? deməklə kifayətlənib və qapını göstərib. Vəziyyətin gərginliyini görən prorektorlar ?könüllü şəkildə? işdən getməkdən başqa çıxış yolunun olmadığını görüblər. Yerli əhali arasında gəzən söhbətlərə görə, E.Vəliyevin müdafiəsi üçün ?zəhmətkeş məktubları?nın yazılmasında iştirak etməyənlər bu şəkildə cəzalandırılıb. Bu qanunsuzluqların ictimaiyyətdən gizli qalmasının səbəbini soruşduqda mənbə dedi ki, sadəcə adamlar əlavə başağrısının olmaması üçün susmağa üstünlük veriblər. Ancaq bu vəziyyətin Gəncəni günün birində partlayış həddinəgətirəcəyi şübhə doğurmur. Məsələ ilə bağlı barəsində bəhs olunan hər kəsin, xüsusilə də E.Vəliyevin mövqeyini dərc eməyə hazırıq. musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA