?Gülər Əhmədovanın vəziyyəti getdikcə pisləzir?

img

25-02-2013 [01:35]


Sabiq millət vəkili, hazırda həbsə olan Gülər Əhmədova ilə yenidən görüş keçiriləcək. Bu barədə Modern.az-a eks-deputatın vəkili Eldar Qədimi məlumat verib. G.Əhmədovanın həbsxanaya düşdükdən sonra sağlıq durumunun getdikcə pisləşdiyini deyən vəkilin sözlərinə görə, eks-deputatın başqa bir kameraya köçürülməsi xəbəri doğru deyil: ?Sonuncu dəfə mən Gülər xanımı keçən həftə görüşmüşdüm. İki-üç gündən sonra yenidən Gülər Əhmədova ilə görüşəcəm. Gülər Əhmədova başqa bir kameraya köçülməyib. Mətbuatda bu haqda həqiqətə uyğun olmayan xəbərlər yayılır. Belə bir şey yoxdur. Sağlıq durumunun yaxşıya doğru dəyişiklik yoxdur. Səhhətində hələ də problemlər var?,-deyə vəkil bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA