YAP-çı deputat nazir müavini ilə bağlı qalmaqaldan danızdı

img

22-02-2013 [11:27]


?Müxalifət seçkilərdə heç vaxt qalib gəlməyib. 1993-cü ildən bəri bələdiyyə, parlament, prezident seçkilərində həmişə məğlub olublar. Azərbaycan cəmiyyəti bu insanları tanıyır. Dünya praktikasında belədir ki, bir dəfə uduzan namizəd ikinci dəfə seçkilərə qatılmır?. Mia.az xəbər verir ki, bu sözləri aznews.az saytına müsahibəsində YAP-çı millət vəkili Siyavuş Novruzov deyib. O, bildirib ki, İsa Qəmbər həmişə seçkilərdə 2-3% səs toplasa da, yenidən iştirak edir: ?Bu gün də onun nəticəsidir ki, Müsavat Partiyası parçalanıb. Partiyada təkcə İsa Qəmbər deyil, digər partiya funksionerləri də seçkilərdə iştirak etmək istəyirlər. Yəqin ki, onların ali orqanında bu məsələ ortaya çıxacaq. Bizdə məlumatlar var ki, regionlarda onların təşkilatları arasında da çaxnaşma var. Həmin təşkilatlar hesab edir ki, İsa Qəmbər partiyanı geri aparır. Diqqət edin, prezident seçkilərinə qədər Müsavat öz qurultayını keçirmək istəmir. Qurultay keçiriləcəksə, İsa Qəmbər sədr olmayacaq. Çünki bunu partiyadaxili belə istəyir. İsa Qəmbər də çalışır ki, prezident seçkilərinə qədər Müsavatın başqanı kimi seçkilərə qatılsın və müəyyən beynəlxalq təşkilatlardan vəsait əldə etsin?. S. Novruzov İsmayıllı hadisələrinə görə Tofiq Yaqublu və İlqar Məmmədovun saxlanılmasına da münasibət bildirib: ?İlqar Məmmədov parlament haqqında fikir söyləyəndə 40-a yaxın deputat məhkəməyə müraciət etmək üçün şikayət ərizəsi yazdılar. Sonradan belə qərara gəlindi ki, buna heç baş qoşmağa dəyməz. Çünki İlqar Məmmədov özü həbs edilməsini arzulayırdı. O əvvəldən istəyirdi ki, həbs olunsun və status qazansın. Məsələnin digər tərəfinə qaldıqda isə deyə bilərəm ki, mitinqlərdə ayrı-ayrı siyasi partiyaların mətbuat orqanlarının nümayəndələri jurnalist kimi deyil, aksiya iştirakçısı kimi hərəkət edirlər. Şüarlar deyirlər, qışqırırlar, səs salırlar və. s qanunsuzluqlar edirlər. Yaxınlaşanda isə cibindən vəsiqə çıxarır ki, mən jurnalistəm. Jurnalist əslində gedən prosesləri obyektiv işıqlandırmalıdır. Tofiq Yaqublu da həm Müsavat Partiyasının sədr müavini, həm də jurnalistdir. Küləyin səmtinə uyğun həm jurnalist, həm də partiyanın sədr müavini olur. Deyirlər ki, guya vəziyyəti araşdırmağa gediblər. Bunlar kimdir, hüquq mühafizə orqanlarıdır? Bölgədə proses gedir. Proses bitəndən sonra istənilən adamdan müsahibəni götürə bilərsən. Burada sənə kim əngəl olur ki?! İndi onların bu addımları araşdırılacaq. Təqsiri olacaqlarsa, həbsdə saxlanılacaqlar?. ?Xeyli müddət Gülər Əhmədova ilə çalışmısız. Onun qohumlarında erməni olduğunu bilmirdiniz?? sualına deputat belə cavab verdib: ?Biz anket dolduranda soruşmuruq ki, sənin qohumlarının içərisində erməni var ya yox. Azərbaycan vətəndaşıdırsa, müraciət edir, rayon təşkilatı buna baxıb qəbul edir. Bu, orqanlara daxil olanda 7 nəslin, nəcabətin yoxlayıb ondan sonra götürürlər. Bizim partiyamızda ruslar da, yəhudilər də, avarlar da, talışlar da, ləzgilər də təmsil olunurlar. Bizdə onların statistikası var. Yəni bizim partiyada Azərbaycanda yaşayan xalqların nümayəndələri təmsil olunurlar. Bu hüquqları kimsə məhdudlaşdıra bilməz?. Fəzail Ağamalı deyir ki, hələ də hakimiyyət olanların bəzilərinin erməni qohumlarının olması ilə bağlı iddiasına gəldikdə S. Novruzov bu haqda məlumatının olmadığını deyib: ?Fəzail Ağamalının əlində belə bir fakt varsa, ortaya qoysun. Ehtimalla danışa bilmərəm?.#601;y

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA