KXCP: "Prezidentin özü gəlirlər bəyannaməsini açıqlamağa bazlasın"

img

20-02-2013 [11:08]


Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Toplantıda - qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub. Qərarların icrası ilə bağlı müzakirələr zamanı deyilənlər nəzərə alınıb. İdarə heyəti hakimiyyətin ölkə ictimaiyyətini cərimələrlə boğmaq istəyi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir: ?15 fevral 2013-ci ildə Milli Məclis uğursuz bir sənədə səs verdi. Ölkədə yetərsiz hüquqi, sosial idarəçilik şəraitində xidmətlər göstərən QHT sektoru yenə də hədəfə götürüldü. Dövlət büdcəsinin və neft gəlirlərinin talanması fonunda cəmiyyət üçün tamamilə aktual olmayan ? beynəlxalq fondlardan QHT sektorunun aldığı cüzi vəsaitlərin müxtəlif hakimiyyət qurumları tərəfindən nəinki çarpaz gücləndirilmiş nəzarətə alınması, hətta təqibə götürülməsi cəhdləri açıq-aşkardır. Təqiblər isə QHT ilə kifayətlənmir, bütövlükdə siyasi və dini qurumlara da tətbiq edilir. Ölkə məntəqə tipli cəzaçəkmə müəssəsi formatına gətirilir, ölkənin inişafına, firavanlığına yönələn hər cür fərdi təşəbbüslərin qarşısı ciddi cəhdlə alınır və maneələr yaradılır. QHT təmsilçilərinin 10-30 min dollarlıq grantlar aldıqları beynəlxalq təşkilarlardan hakimiyyət strukturları yüz minlik, hətta milyonluq grantlar alır. Onların aqibətini müşahidə etmək isə mümkünsüzdür. Büdcədən siyasi partiyalara, minlərlə qurumu birləşdirən QHT sektoruna ayrılan vəsait, hər il ən ucqar rayonlardan birinin kəndlər arası yolların ?təmiri? üçün prezidentin ehtiyat fondundan ayrılan vəsaitdən azdır. Milyard manatlar ?silinən? yollar vaxtından öncə çökməkdə, körpülər dağılmaqda, ?intellektual idarəetmə? nəticəsində avtobuslar marşrutdan çıxarılmaqda, vətəndaşlar isə küçələrdə qalmaqda davam edir. Çox təəssüf ki, səlahiyyətindən sui-istifadə edən icra hakimiyyətinin diktəsi ilə fəaliyyət göstərən Milli Məclisin ?qanun yazarları?, ölkədəki korrupsiya və çirkli pulların mənbəyini yanlış ünvanlarda axtarırlar. KXCP ? prezidenti mövcud ?Qrant haqqında?, ?QHT-lərin, siyasi partiyaların və dini icmaların fəaliyyəti haqqında? qanunvericiliyə 15 fevralda Milli Məclis tərəfindən edilən dəyişiklikləri təsdiqləməməyə, bu strukturların fəaliyyətinə daha əlverişli şərait yaratmağa çağırır. Bu qanunların təsdiq edilməsi və çağırışa əməl edilməməsi prezident seçkiləri ərəfəsində yerli və beynəlxalq təşkilatlar tərəfindən ölkədəki ictimai-siyasi vəziyyəti gərginləşdirməsinə münbit şərait yaradılması cəhdi kimi qiymətləndiriləcək. Prezidentin çıxışı, yeni antikorrupsiya və ?əxlaq? kampaniyası - müəyyən məsuliyyətə cəlb olunma və ictimai qınaq hərəkətləri təqib xarakteri daşımamalı, bir mənalı şəkildə hüquq və əxlaq çərçivəsində həyata keçirilməlidir. Niyə ancaq Gülər Əhmədova və yalnız həbsdən sonra, İsmayıllı rayonu icra hakimiyyətinin başçısının işdən çıxarılmasından sonra əmlakının siyahıya alınması baş verir? Müvafiq qanunun maddələri həyata keçirilmir. Gəlirlər deklarasiyası barədə prezidentin 8 il əvvəl Nazirlər kabinetinə hesabat formaları hazırlamaq tapşırığı hələ də icra olunmayıb və təcrübədə tətbiq olunmur. Prezident öz fərmanlarının həyata keçirilməməsindən xəbərsizdir. Niyə özü nümunə göstərib ilk başda öz gəlirləri barədə əmlak deklarasiyasını bəyan etmir? KXCP ? prezidentin 12 fevral 2013-cü il tarixli çıxışındakı müddəalara münasibətində bildirir: Cəmiyyətdə yüksək dövlət məmurlarının və onların ailə üzvlərinin qüsurlu davranışlarının aradan qaldırılması istiqamətində əsas addım kimi prezidentin özü gəlirlər bəyannaməsini açıqlamaqla başlasın!?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA