Etibar Məmmədovun namizədliyinə dair qərar elan ediləcək

img

20-02-2013 [12:57]


?AMİP iyun ayında keçirəcəyi qurultayında partiyanın lideri Etibar Məmmədovun prezidentliyə namizədliyi ilə bağlı qərarını verəcək?. Modern.az bildirir ki, bu sözləri AMİP-in beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev təşkilatın seçkilərədki iştirakı ilə bağlı perspektivini şərh edərkən deyib. Onun sözlərinə görə, indi partiyada qurultaya hazırlıq işləri aparılır. ?Partiyanın prezident seçkilərindəki namizədi ilə bağlı qərarı qurultayda veriləcək. İndi biz Etibar Məmmədovun namizədliyi ilə bağlı hələ bir şey deyə bilmərik. Qurultayda bu məsələ müzakirəyə çıxarılacaq?-deyə o, vurğulayıb. Qeyd edək ki, Etibar Məmmədov 2004-cü ildə aktiv siyasəti tərk edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA