Məhkəmə icraçıları isa Qəmbərin evinə müsadirəyə gedir- Yenilənib

img

19-02-2013 [11:38]


İsmayıllıya dəstək üçün Bakıda yanvarın 26-da keçirilən aksiya zamanı 2500 manat cərimələnən Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər də AXCP funksioneri Əbülfəz Qurbanlının üzləşdiyi problemlə qarşılaşıb. Mia.az xəbər verir ki, Bu barədə "Facebook" səhifəsindən məlumat yayan Turqut Qəmbər bildirib ki, Nəsimi rayon məhkəmə icra şöbəsindən ona zəng vurulub. Deyiblər ki, bir azdan sizin evdə əmlak qeydiyyatı üçün olacağıq. *** Musavat.com.-un xəbərinə görə, T.Qəmbərin müsadirə edilməli əmlakı olmasa da, məhkəmə icraçıları onun valideynlərinin - Müsavat başqanı İsa Qəmbərin və politoloq Aida Bağırovanın sərəncamında olan əmlakdan "öz qismətlər"ini götürmək fikrindədirlər. Reportyorumuz bildirir ki, İsa Qəmbər "arzuolumnaz qonaqlar"ı kandarda qarşılaaraq onlara bildirib ki, bu ev Turqut Qəmbərə yox, ona məxsusdur və oğlu ümumiyyətlə, bu evdə qeydiyyatda deyil. İsa Qəmbər Nəsimi rayonunun məhkəmə icraçılarına bildirib ki, onlar onun mənzilnə daxil ola bilməzlər və buna ixtiyarları yoxdur. 7 nəfər icraçı bir müddət qapı ağzında dayanıb gözləyilər. Daha sonra İsa Qəmbər onlardan yalnız ikisinin mənzilə daxil olmasına icazə verib və deyib ki, bu evdə olan bütün əmlak ona məxsusdur. Məhkəmə icraçıları bildiriblər ki, onlar evdəki əmlakı qeydə alacaqlar və məhkəməyə verəcəklər, daha sonra məhkəmə ailədən arayış alacaq ki, bu əmlakların içində Turqut Qəmbərə aid olan əşyalar var, ya yoxdur. Hazırda İsa Qəmbərin evində əmlakın qeydə alınması prosesi gedir. Qeyd edək ki, Turqut yeni nişanlanıb. Onu da xatırladaq ki, Səbail rayon məhkəməsi tərəfindən 500 AZN cərimələnən AXCP Gənclər Komitəsi sədri Əbülfəz Qurbanlının evindən də dünən məhkəmə icraçıları xalçaları aparıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA