Nigar Yaqublunun əfvi üçün prezidentə müraciət olundu

img

18-02-2013 [11:08]


"Borçalı" İctimai Cəmiyyəti Müsavat Partiyasının Gənclər Təşkilatının sədr müavini, hazırda həbsdə olan Nigar Yaqublunun əfv olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. Bu barədə Modern.az-a ?Borçalı? İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli məlumat verib. Müraciətdə bildirilib ki, ?Borçalı? İctimai Cəmiyyəti Nigar Tofiq qızı Yaqublu barədə çıxarılmış məhkəmə hökmünü bütövlükdə ədalətli hesab etməməklə yanaşı, ona verilmiş cəzanı da həddən artıq sərt və N. T. Yaqublunun şəxsiyyətinə və törətdiyi əmələ qeyri-adekvat olması qənaətindəyik. ?Cənab Prezident! Biz çoxsaylı Borçalı ziyalılarının Cəmiyyətimizə olan müraciətlərini də nəzərə alaraq Nigar Yaqublu ilə əlaqədar yekun məhkəmə aktının tam ədalətli olacağı, ona verilən cəzanın azadlıqdan məhrumetmə ilə bağlı olmaması ümidi ilə Sizə müraciət etməklə humanist addım atmağınızı və bu məsələdə köməklik göstərməyinizi Sizdən xahiş edirik. Əvvəlcədən sizə təşəkkür edirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA