ADP idarə Heyətinin növbəti toplantısı keçirilib

img

18-02-2013 [06:58]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Tolantıda ölkədə və beynəlxalq aləmdə baş veərən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti üzvləri ilk növbədə Ruminiya parlamentinin iyirminci əsrin ən dəhşətli hadisəsi olan Xocalı faciəsinin tanınmasını, eyni zamanda həm BMT-nin Təhlükəsizlik Şurasının qərarlarının, həm də Xocalıda günahsız mülki əhaliyə qarşı törədilən soyqırımın beynəlxalq cinayət kimi tanınmasını tələb etməsini yüksək qiymətləndirib və hakimiyyəti anoloji olaraq bu addımların beynəlxalq səviyyədə davam etdirilməsi istiqamətində səylərini artırmağa çağırıb. İdarə Heyəti üzvləri ölkə prezidentinin kadr dəyişiklikləri ilə bağlı növbəti sərəncamlarına münasibət bildirib. Qeyd olunub ki, epizodik xarakter daşıyan bu cür yerdəyişmələr ölkədə yaranan sosial-iqtisadi və siyasi gərginliklərin qarşısını almağa yetərli deyil və necə ki, kadrların təyinatı regionçuluğa, yerlibazlığa və tayfa prinsiplərinə söykənir o vaxta qədər əsaslı dəyişikliklərdən söhbət gedə bilməz. Ölkədə yaranmış gərginliklərin qarşısının alınmasının yalnız ədalətli seçki sistemindən, korrupsiya və rüşvətxorluğun aradan qaldırılmasından, sosial ədalət prinsipinin bərqərar olmasından keçdiyini ifadə edən partiya yetkililəri hakimiyyəti hazırkı idarəetmə prinsipindən geri durmağa, respublikada əsaslı islahatlara başlamağa, məmur özbaşınalığına birdəfəlik son qoymağa və bütün sahələrdə şəxsi iradənin hökmranlığına deyil, qanunun aliliyi prinsipinin qorunması şərtlərinə əməl etməyə çağırıb. Toplantının sonunda partiyanın cari fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA