iqor Ponomaryova Azərbaycan vətəndazlığı verildi

img

18-02-2013 [06:44]


Ölkəmizin futbol üzrə yeganə olimpiya çempionu İqor Ponomaryova Azərbaycan vətəndaşlığı verilib. Lent.az-ın əldə etdiyi məlumata görə, Ponomaryovun Bakıya səfərində əsas məqsəd də budur.İsveçdə yaşayan veteran futbolçumuza 3 il öncə 50 illik yubileyi münasibətilə Bakıda mənzil hədiyyə olunmuşdu. Bu dəfə isə Ponomaryov 53 yaşı ərəfəsində Azərbaycan pasportu ilə şərəfləndirilib. Məlumatı Lent.az-a açıqlamasında olimpiya çempionumuzun özü də təsdiqləyib. Ponomaryov bundan sonra Azərbaycan vətəndaşı kimi ölkəmizdə çalışa biləcəyini əlavə edib. Qeyd edək ki, İqor Ponomaryov 24 fevral 1960-cı ildə Bakıda doğulub. O, ?Neftçi? klubunun futbolçusu kimi SSRİ yığmasının tərkibində 1988-ci il Seul Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. SSRİ-nin dağıldığı ərəfədə İsveçə yollanan Ponomaryov həmin ölkənin vətəndaşlığını alıb və yerli "Norçepinq" komandasında çıxış edib. Baş məşqçi kimi isə o, Azərbaycan yığması, "Qarabağ" və "Xəzər-Lənkəran", eləcə də Rusiyanın "Maşuk-KMV" komandalarına rəhbərlik edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA