Derbinin qalibi ?Qalatasaray? oldu; Melo yenə qovuldu

img

28-01-2013 [10:40]


Türkiyə Superliqasının bu mövsüm ilk derbisi baş tutub. Lider ?Qalatasaray? öz meydanında ?Beşiktaş?ı qəbul edib. Qarşılaşmada ilk qol oyunun əvvəllərində ?Qalatasaray?dan gəlib. 3-cü dəqiqədə Emre Çolak ?sarı-qırmızılar?ı sevindirib. İlk hissənin sonunda isə Riera ?Qalatasaray?ın üstünlüyünü iki topa çatdırıb. Lakin bu üstünlük uzun sürməyib. İkinci hissənin ilk dəqiqəsində Sivok hesab arasındakı fərqi azaldıb. Bu qoldan sonra komandalardan heç biri fərqlənə bilməyib. Qarşılaşmanın 61-ci dəqiqəsincə ?Qalatasaray?ın braziliyalı ulduzu Felipe Melo qırmızı kartla meydandan qovulub. ?Qalatasaray?ın yeni transferi Usli Sneyder 57-ci dəqiqədə meydana çıxıb. Beləliklə, 2:1 hesablı qələbə ilə ?Qalatasaray? 36 xalla liderlikdə möhkəmlənmiş oldu və ən yaxın rəqibi ?Beşiktaş?ı 5 xal qabaqladı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA