Məcburi köçkünlər Bakıda aksiya keçirdilər, yolu bağladılar

img

15-02-2013 [01:37]


Bakının Yasamal rayonu ərazisində məcburi köçkünlər bu gün səhər etiraz aksiyası keçiriblər. Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsindən ANSpress-ə verilən məlumata görə, Tbilisi prospektində, Nəqliyyat Nazirliyilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin binasının qarşısındakı yolu bağlayıblar. Məcburi köçkünlərin aksiya keçirmələrinin səbəbi məlum olub. Bu barədə aksiya keçirən məcburi köçkünlər məlumat veriblər. Onların sözlərinə görə, məcburi köçkünlərin bir çoxlarının məişət problemləri hələ də həllini tapmayıb. Köçkünlər onların sözlərini eşidən, onları qəbul edib, dinləyən şəxsin olmamasından şikayətləniblər. ?Sadəcə biz yığılıb yolu bağladıqdan sonar bizi qəbul edib, problemlərimizlə maraqlanmağa razılıq verdilər?, - deyə aksiya iştirakçıları bildirib. Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi aparatının rəhbəri Telman Məmmədov ANSpress-ə açıqlamasında bildirib ki, həmişə məcburi köçkünlərin problemləri ilə maraqlanıblar. ?Sadəcə onlar bir az səbirsizlik etdilər. Qəbul günlərini gözləmək istəmədilər. Onların tələbi məişət problemləri, bəzilərinin işsiz olmasıdır. Axı hansısa problemi birdəfəlik həll etmək mümkün deyil. Hazırda məcburi köçkünlərlə danışdıq. Onlar yolu açdılar. Mən özüm şəxsən və komitə sədrinin müavini və digər əməkdaşalrımız onları qəbul etmişik. Hazırda qaçqınların problemləri dinlənilir?, - deyə Telman Məmmədov bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA